2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eldar Mahmudovla “Altes qrup”un əlaqləri haqda yeni məlumat

Şirkət külli miqdarda vergidən yayınır
“Altes qrup”a daxil olan şirkətlərin rəhbərlərinin bəzilərinə qarşı cinayət işi açılıb. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, bəzi cinayət işləri artıq məhkəməyə göndərilib. Qaynağımız bildirib ki, bunlar arasında “Altes qrup”a daxil olan “Ferid inşaat” şirkəti Bakıda “Altes Plaza” adlı proyekti inşa edib. 38 min kvadrat metr sahəsi olan obyektdə mənzillər 2000-2500 manata, ticarət sahələri isə 5000 manata satılır.

Mənbə iddia edir ki, ortalama satış gəliri 80 milyon manat olan proyektdən vergi ödənilməyib. Amma şirkətə qarşı cinayət işi də başlanmayıb.

Verilən məlumata görə, “Nur” inşaat, “Lider EN” və Xəzər sənaye texnika” şirkətlərinin vergi borcu 29 milyon manatdan 3 milyon 800 minə endirildiyini iddia edib. Bildirilir ki, vergi orqanları 10-20 min manat vergi borcu olan şəxsləri həbs etdiyi bir vaxtda “Altes qrup”un rəhbəri Rüstəm Abdullayev sərbəst gəzir.

Saytların yığılması Saytlarin yigilmasi

R.Abdullayevə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun himayəçilik etdiyi qeyd olunur: “Eldar Mahmudovun oğlu Anarın baş ofisi də “Altes Plaza” yerləşir.Vergilər Nazirliyi vergi cinayətlərinin ibtidai araşdırılması idarəsinin keçmiş rəisi Vidadi Məmmədov Eldar Mahmudovun adamı kimi işdən azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button