2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Eldar Mahmudovun dövründə həbs olunanı məhkəmə azadlığa buraxdı

Rəhman Musayev ABŞ banklarının müştərilərinin pullarını oğurlamaqda ittiham olunurdu

Eldar Mahmudovun nazir olduğu dövrdə tutulan 37 yaşlı Rəhman Musayev məhkəmə zalından azadlığa buraxılıb. Bu, mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.
Cinayət Məcəlləsinin 271 (kompüter sisteminə qanunsuz daxil olma) maddəsi ilə ittiham olunan 37 yaşlı Rəhman Musayevin işinə hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Amma hakim bu məhkəməyə media nümayəndələrinin daxil olmasına imkan verməyib. Hərçənd, qanunda da aydın şəkildə yazılıb ki, hətta qapalı keçirilən məhkəmənin də nəticəsi – hökm açıq elan olunmalıdır.
Məhkəmədən sonra Rəhman Musayevin yaxınları bildiriblər ki, o, günahsız həbs olunmuşdu və MTN-in qurbanlarından biridir. Ona görə də 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra onlar da ləğv olunmuş nazirliyin vəzifəli şəxslərindən prokurorluğa şikayət ediblər. Onlar iddia edirlər ki, MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevi, onun müavini Sahib Ələkbərovu və idarənin sabiq şöbə rəisi, hazırda həbsdə olan və məhkəməsi davam edən MTN polkovniki Vüsal Ələkbərovu ittiham edir.
Yaxınlarının sözlərinə görə, Rəhman Musayevi həbs eləyəndən sonra onun azadlığa buraxılması üçün 1 milyon manat istəyib, son nəticədə 200 min manat alıblar.
Musayevin bir sıra əmlaklarının, o cümlədən bağ evinin üzərinə həbs qoyulub. Səbəb kimi isə həmin əmlakların cinayət yolu ilə əldə olunmuş vəsait hesabına əldə olunması göstərilib. Amma yaxınları həmin bağ evinin hələ 2004-cü ildə alındığını deyirlər.
Qeyd edək ki, MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin hələ 2012-ci ildə yaydığı məlumatda Rəhman Musayev internet vasitəsilə müxtəlif bank hesablarından külli miqdarda pul talayan dəstənin üzvü kimi təqdim edib. Dəstənin digər üzvləri kimi Elçin Abdullayev, Emin Zəkiyev və Mikayıl Dadaşlının adı çəkilir. İttihama görə, Rəhman Musayev və Elçin Abdullayev xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid məlumatları internetlə qanunsuz əldə edib, Emin Zəkiyevə, Mikayıl Dadaşlıya və qeyrilərinə verməyi öhdəsinə götürüb. Həmin məlumatlar əsasında ələ keçirilmiş pulları Bakıdakı ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb, müxtəlif malların alınıb, satışının təşkili Emin Zəkiyevlə Mikayıl Dadaşlıya tapşırılıb. Onlar əsasən, internetlə ABŞ-da fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə məxsus elektron hesablar barədə məlumatlar əldə ediblər.
Maraqlıdır ki, Rəhman Musayev digərləri ilə birlikdə həbs olunsa da, Bakı Ağır Cinayətlər Məhkəməsində tək mühakimə olunurdu.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button