2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Eldar Mahmudovun həbsinə qərar verildi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq gedir.

Bu barədə 24saat.org-a daxil olan məlumata görə, yaxın günlərdə keçmiş nazir məsuliyyətə cəlb olunacaq. Qeyd edək ki, “MTH işi” çərçivəsində ləğv olunmuş Milli Təhlükəsizlik Hazirliyinin yüksək vəzifəli şəxsləri həbs olunsa da, Eldar Mahmudov hələ də azadlıqdadır. Onun azadlıqda olmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəzi iddialara görə, keçmiş nazirin əlində ciddi kompramatlar olduğuna görə hakimiyyət ona toxunmur.
Amma əldə etdiyimiz məlumata görə, istintaqda Eldar Mahmudovla bağlı ciddi faktlar ortaya çıxıb. Həbs olunan MTH əməkdaşlarının demək olar ki, hamısı Eldar Mahmudovun əleyhinə ifadə verib. İfadələrdə keçmiş nazirin cinayətləri ilə bağlı dəhşətli faktlar yer alıb. Bütün bunlar isə artıq Eldar Mahmudovun həbsini zərurətə çevirib. Yəni, hakimiyyət fərqindədir ki, heç bir halda keçmiş naziri məsuliyyətdən kənarda saxlamaq mümkün olmayacaq. Ona görə də, Eldar Mahmudovun həbsinə qərar verilib. Onun şantajlarının da artıq işə yaramayacağı bildirilir. Çünki hakimiyyət tədbirini əvvəldən görüb. Eldar Mahmudovun özünə vəkil tutması barədə xəbər yayılması da məlumatımızın əsassız olmadığını göstərir. Qeyd edək ki, gununsesi.info saytı Eldar Mahmudovun Ceyhun Yusifovun özünə vəkil tutduğu barədə məlumat yayıb. Ceyhun Yusifov xəbəri nə təsdiq, nə də təkzib edib.
Bildirilir ki, Eldar Mahmudovun əlində 2800 ədəd vidonun olması barədə xəbərin dövriyyəyə buraxılması onu məsuliyyətdən kənarda saxlamaq məqsədi daşıyıb. Daha dəqiqi keçmiş nazir bununla hakimiyyəti şantaj etməyə cəhd edib. Lakin bu cəhdin baş tutmadığı bildirilir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button