2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Eldar Mahmudovun kortejinin qabağını kəsdi və …

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi təyinatlılarının qurbanına çevrilmiş İsmayılovlar ailəsi 3 ildir çarəsiz durumda qalıblar. “Bizim Yol”a müraciət edən İsmayılov Elmidar Məhərrəm oğlu iddia edib ki, MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşları tərəfindən onlara 15 min manat dəyərində zərər dəyib.
Onlar haqlarını tələb etmək məqsədi ilə üz tutmadıqları dövlət qurumu qalmayıb. Amma illərdir ki, şikayətlərinə nə baxan, nə də obyektiv araşdıran var.
Bakı şəhər sakini, Yasamal rayonu, 2-ci Alatava ev 89 B ünvanında yaşayan Elmidar İsmayılovun dediklərindən belə məlum olub ki, 7 yanvar 2014-cü il tarixində onun atası Məhərrəm İsmayılov özünə məxsus “Jiquli” markalı avtomobillə yas mərasimindən evə qayıdarkən “Kia Optima” markalı avtomaşınla toqquşub. Hadisə zamanı tərəflərdən fiziki xəsarət alan olmayıb. M.İsmayılovun və qarşı tərəfin avtomobilinə yüngül zərər dəyib.
“Atam qəza ilə bağlı mənə xəbər etdi və hadisə yerinə getdim. Olay yerinə çatanda gördüm ki, “KİA”dan düşən beş nəfər idmançı görkəmli mülki şəxs MTN əməkdaşı olduqlarını deyərək atamı hədələyirlər. Atama təzyiq etdiklərini görüb yaxınlaşdım ki, “Siz kimsiniz, qanun-qayda var”. Elə bunu demişdim ki, məni və atamı döyməyə başladılar. Döydükləri zaman atamın ayağını və dişlərini sındırdılar. Hadisə yerinə dost və qonşularım gələndən sonra polis və təcili yardım çağırıldı”,-deyə E.İsmayılov bildirib.
Şikayətçi deyir ki, həmin hadisədən sonra dəfələrlə ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudovun qəbuluna düşmək üçün ona məktubla, teleqramla müraciət ünvanlayıb. Hətta keçmiş nazirin avtomobil karvanının qarşısını kəsib. Ərizələrinə cavab almaq üçün MTN-ə gedən E.İsmayılovu elə oradaca sözügedən nazirliyinin içində asayişi pozmaqda günahlandıraraq 3 sutka həbslə cəzalandırıblar. Eləcə də, onu və atasını MTN əməkdaşlarının qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham ediblər. Barələrində cinayət işi açıblar.
İsmayılovlar baş verənlərlə bağlı lazımi instansiyalara çoxsaylı müraciətlər ünvanlayıblar. Dəfələrlə bir çox yüksək vəzifəli şəxslərin qəbulunda olublar. O cümlədən xaricdəki Azərbaycan səfriliklərinə məktub ünvanlayıblar, haqsızlıqla üzləşdiklərini, barələrindəki cinayət işinin saxta olduğunu açıqlayıblar.
Nəhayət ki, çoxsaylı müraciətlər qismən də olsa bəhrəsini verib. Avtoqəza ilə bağlı cinayət işi Yasamal Rayon Məhkəməsində araşdırılıb. Onlara bəraət verilib.
E.İsmayılov onlara zərər vuran şəxslərin məsuliyyətə cəlb edilməsini və ailəyə dəymiş 15 min manat dəyərində zərərin ödənilməsini tələb edir: “Belə ki, hadisə nəticəsində bizim sağlamlığımıza vurulan ziyana, eləcə də avtomobilə dəymiş zərərə görə kompensasiyanın verilməsini tələb edirik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button