2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Eldar Mahmudovun “Laçın koridoru” əməliyyatı və unudulan torpaqlar

Sabiq nazirin Sumqayıtda 70 hektarlıq torpaq sahəsi mövcuddur

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlı 24saat.org-a maraqlı informasiya daxil olmaqdadır. Özəl mənbədən daxil olan məlumata görə, qanqsterin bu gün də Sumqayıtda təkcə bir nöqtədə 70 hektarlıq torpaq sahəsi mövcuddur. Hansı ki, həmin torpaq sahəsi E.Mahmudova MTN-nin “qızıl dövründə” pay edilib və bir müddətdən sonra əlavə torpaqlar hesabına genişləndirilib:
“Sumqayıt yolunun üstündə, “Laçın koridoru” deyilən yerin sol tərəfində sabiq nazir E.Mahmudova məxsus 50 hektar torpaq sahəsi mövcuddur. Hər cür tikili və müəssisə üçün əlverişli relyefə malik olan bu torpaq sahəsini sabiq nazir MTN-dəki ağalığı dövründə əldə edib. Qısa müddətdən sonra məlum torpaq sahəsinə bitişik daha 15-20 hektarlıq ərazi E.Mahmudova “pay edilib” və bununmla da keçmiş nazirin sözügedən ərazidəki torpaqlarının sərhədi 70 hektara qədər genişlənib”.
Mənbənin məlumatına görə, E.Mahmudov dəstəsinin qanunsuzluqları ilə bağlı məsələ ictimaiyyiləşəndən və prokurorluğun bu məsələni nəzarətə götürməsindən sonra, sabiq nazirə məxsus mülk və torpaq sahələri ilə bağlı mediada çoxlu sayda informasiya yer alıb. Amma bu torpaq sahəsi hər kəs tərəfindən “unudulub”:
“E.Mahmudovun ölkə daxili və ölkə xaricindəki çoxsaylı mülkləri ilə bağlı məlumatlar dərc olunsa da, onun Sumqayıt yolu üzərində “Laçın koridoru” deyilən ərazinin yaxınlığında yerləşən 70 hektarlıq torpaq sahəsi haqqında heç bri informasiyaya rast gəlmək mümkün deyil. Halbuki, bu torpaqlar E.Mahmudov “imperiyasının” ilk illərində əldə edilən torpaqlardandır və bu gün də sabiq nazirin sərəncamında qalmaqdadır. E.Mahmudova məxsus olan, dəyəri milyonlarla hesablanan daha bir neçə bu cür torpaq sahələri mövcuddur ki, bu torpaq və mülklərin üzə çıxarılması istintaq qrupunun fəaliyyətindən, onun apardığı təhqiqatın keyfiyyətdən asılı olacaq”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button