2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Eldar Mahmudovun yaxın qohumu Bakı Musiqi Akademiyasını qorxu yuvasına çevirib – İDDİA

Ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun qanunsuz əməllərinin ifşasından sonra onun həbs olunmamağı Mahmudovun yaxın ətrafı üçün əlavə avantaja çevrilib.

Az24saat.ORG saytının əldə etdiyi məlumata görə, Mahmudovun yaxın qohumu (bibisi qızı) Yeganə Axundova (Mahmudova) prorektoru olduğu Azərbaycan Bakı Musiqi Akademiyasında sözün həqiqi mənasında mənəvi terror əsdirir.

Məlumatı verən şəxsin bildirdiyinə görə, məhz Mahmudovun qohumu olduğu üçün bu vəzifəyə təyin olunan yeganə Axundova bir müddət əvvəl “MTN işi”nə görə AzTV-də tutduğu vəzifəsindən uzaqlaşdırılan Nadir Axundovun həyat yoldaşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Mətbuatda yazılanlara görə, Nadir Axundov da bir zamanlar Mahmudovla qohumluq əlaqələrinə görə dövlət televiziyasında qeri-rəsmi söz sahibinə çevrilmişdi. Doğrudur, Mahmudovun vəzifəsini itirməsindən sonra Yeganə Axundova bir müddət ətrafındakılara mülayim rəftar bəsləsə də, daha sonra qohumunun cəzasız qalmasını görüb əvvəlki ampluasına qayıdıb.

İddiaya görə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Yeganə Axundova hazırda Bakı Musiqi Akademiyasında de-fakto səlahiyyət sahibidir. Məlumatlı mənbənin sözlərinə görə, vəziyyət hətta o yerdədir ki, kimlərin dosent adının alıb-almayacına, kimlərinin müdafiəsinin qəbul olunacağına, hətta kimlərinin Milli Flarmoniyada konsert verəcəyinə qədər bütün məsələlərə məhz Yeganə Axundova qərar verir. Hətta bəzi şəxslərin ona boyun əymədiyinə görə karyerasının sonlandırıldığı da əldə etdiyimiz informasiyalar arasındadır.

Yeganə Axundova

Məhz bu mənbəyi məlum olmayan güc sayəsində Bakı Musiqi Akademiyasında kimsə Axundova zülmünə qarşı aşkar etiraz edə bilmir.

Lakin məlumatın bizə çatması deməyə əsas verir ki, Yeganə Axundovanın de-fakto rəhbərlik etdiyi qurumdan yaxın zamanlarda müxtəlif səpkili informasiyalar sızdırılacaq.

Bizi izləməyə davam edin.

AZ24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button