Xəbərlər

Eldar Quliyev vəfat edib

Kinorejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino kafedrasının professoru Eldar Quliyev bu gün, aprelin 16-da vəfat edib.

O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun dəqiq ölüm səbəbi, hələlik, açıqlanmayıb.

E.Quliyev 1941-ci ildə Bakıda doğulub. O, 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışırdı.

E.Quliyev “Bir Cənub şəhərində”, “Ən vacib müsahibə”, “Babək”, “Nizami”, “Gümüş göl əfsanəsi” və başqa bədii filmləri çəkib.

24 saat” “Eldar Quliyev vəfat edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button