2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Eldar Salayev vəfat edib – 24 saat

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev vəfat edib.

Bu barədə oğlu Kamal Salayev bildirib. O deyib ki, atası ötən gün axşam saatlarında 88 yaşında vəfat edib.

Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Prezidenti seçilib. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alim olub. Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir.

24 saat” “Eldar Salayev vəfat edib – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button