2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Eldar Əzizov vəzifəli məmuru cəzalandırdı

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

24saat.org “Report”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sıra nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi faktları aşkar olunub.

Bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işində yol verdiyi ciddi nöqsanlara görə, birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

24saat.org xatırladır ki, Prezident İlham Əliyevin 1 həftə əvvəl – noyabrın 15-də verdiyi sərəncamla Bakı Şəhər İcra Hakmiyyətinin Başçısı postuna Eldar Əzizov təyin edilib. O bir neçə aydır Bakı Şəhər İcra Hakmiyyətinin Başçısının müavini təyin edilmiş və başçı vəzifəsini müvəqqəti idarə edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button