2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşetİqtisadiyyat

Elektrik enerjisi və qazla bağlı qərarın dəyişdirilməsinin ŞOK səbəbi

Tarif Şurasının elektrik enerjisi və qazla bağlı qərarında dəyişiklik edilməsi arxasında bahalaşma dayanır.

Qeyd edək ki, bir neçə gün əvvəl elektrik enerjisi və qazın limiti artırılıb. Rəsmi təbliğatda bu hökumətin vətəndaşlara qayğısı kimi göstərilir. Əslində isə elektrik enerjisi və qazın qiymətinin diferesiallaşdırılması əhali tərəfindən narazılıqla qarşılanmışdı. Çünki bu, diferensial qiymət tənzimlənməsi kimi qələmə verilsə də faktiki olaraq bahalaşma idi.

Bu narazılıq səngimirdi və ekspertlər ölkədə sosial partlayışın ola biləcəyi barədə proqnozlar verirdilər. Bunun ardınca benzinin qiymətinin bahalaşacağı barədə məlumatlar yayılmağa başladı.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a daxil olan məlumata görə, benzinin qiymətini qaldırmaq planı həqiqətən də var. Lakin hökumət daxilində qaz və işıqdan sonra belə bir addımın atılmasının ciddi fəsadlar verə biləcəyi narahatlığı olub.

Müzakirələrin sonunda belə qərara gəlinib ki, narazılığı bir qədər azaltmaq üçün qaz və işığın limiti artırılsın. Bu addım maksimum şəkildə əhaliyə qayğı kimi təbliğ edilsin.

Bu benzinjn qiymətinin artırılması planının tərkib hissəsidi.

İddia olunur ki, yeni ildə hökumətin bu addımı atacağı gözlənilir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button