Now Reading:
Elektrik mühərriklə işləyən təyyarələrin istehsalı başlayır

Elektrik mühərriklə işləyən təyyarələrin istehsalı başlayır

“Zunum Aero” startap layihəsi elektirk mühərriklə çalışan 10-50 nəfərlik hibrid təyyarələrin 2020-ci ilədək istifadəyə verilməsi planlarını açıqlayıb. Bu, turizm sahəsinə yenilik gətirərək uçuş biletlərinin qiymətlərinə və uçuş vaxtına xeyli qənaət edəcək.

ABŞ-ın Azərbaycandalı səfirliyi facebook səhifəsində yazır ki, “Zunum” startapın ideyası tam batareya ilə çalışan mühərrik sistemini qurmaqdır, lakin hansısa xəta baş verdiyi halda bu mühərrik avtomatik yanacaq üzərindən çalışacaq. Bu həmçinin sərnişinlərin də rahatlığını təmin edəcək, çünki bir xəta baş verdiyi halda alternativ üsulun olması hər kəs üçün olduqca əlverişlidir.

Zunum-un sözlərinə görə, elektrik mühərriklə çalışan təyyarələr 700 mil məsafəni fəth edə biləcək və bu məsafə 2030-cu ildə artıq 1000 milədək qalxacaq. Şirkət inanır ki, yaxın gələcəkdə onların bazarda payı bir nəçə milyard dollar dəyərində olacaq və onlar bunun hamsını ətraf mühitə görə məsuliyyələrini dərk edərək və havaya karbon emissiyasını azadlaraq edəcəklər.

amerikaninsesi

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.