2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Elektron Təhlükəsizlik Xidməti Əli Həsənova görə qanunsuz tələblər edir

06 Avqust 2018-ci il tarixində saat 00:15-ə 24saat.org saytının elektron ünvanına Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov tərəfindən xəbərdarlıq daxil olub.

Xəbərdarlıqda bildirilir ki, 03 avqust 2018-ci tarixində “www.az24saat.org” internet informasiya ehtiyatında yayımlanan “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”,  10 mart 2018-ci tarixində yayımlanan “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”,  01 fevral .2018-ci tarixində yayımlanan “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?”, 3 avqust 2018-ci tarixində yayımlanan “APA-nı kim, niyə bağladı?”  başlıqlı məqalələrdə böhtan, yalan və qərəzli ifadələrə yol verilmişdir.

““Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu və 13-2.3.11-ci maddələrinə əsasən,  böhtan xarakteri daşıyan, yalan və qərəzli məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməlidir.

Bu səbəbdən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-3-cü maddəsinə uyğun olaraq, 8 saat ərzində müvafiq məlumatlar “www.az24saat.org.az” internet informasiya ehtiyatından götürülmədiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.”

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org saytı olaraq bildirirk ki, sözügedən yazıların heç birində heç bir qərəz, yalan və böhtana yol verilməyib. Xatırladaq ki, ETX-in səlahiyyətlərini aşaraq xəbərdarlıq etdiyi yazıların hər birində Prezidentin köməkçisi Əli Həsənovun adı hallanıb.

 Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Nəzərinizə çatdıraq ki, 24saat.org saytının əsas domen adı olan “www.24saat.org “5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.

24saat.org saytının bloklanmasının sübutu

Bundan sonra “www.24saat.org” saytının fəaliyyətində ciddi problem yaransa da, vəziyyəti sayta “az24saat.org” doman adını əlavə edərək qismən nəzarət altına ala bilmişdik. 03.05.2018-ci il tarixində “az24saat.org” domenini saytımız üçün əsas giriş mənbəyi təyin etdikdən 1 iş günü sonra 06 avqust 2018-ci il tarixində Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytımızın elektron ünvanına yollanan məktub məhz bu baxımdan səciyyəvidir. Həmin günlərdə Azərbaycan mətbuatında az qala tənqid olunmağı qadağan olunan Əli Həsənov barədə bir neçə tənqidi məqalə dərc etməyimiz də, ETX-nın qanunsuzluğa yol verməsində əsas amillərdən biri olub.

Bu yerdə qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti gecə saat 00:15-ə saytımıza ünvanladığı XƏBƏRDARLIQDA sözügedən yazıların 8 saat ərzində  “www.az24saat.org.az” internet informasiya ehtiyatından götürülməsini tələb edir. ETX-nın tələbinə cavab olaraq bildiririk ki, “www.az24saat.org.az” domen adının bizimlə heç bir əlaqəsi yoxdur və biz öz saytımızdan başqa heç bir sayta görə cavabdehlik daşımırıq.

"www.az24saat.org.az" domeni bizə aid deyil
“www.az24saat.org.az” domeni bizə aid deyil

Xatırladaq ki, Azərbaycan hökumətinin azad sözə qarşı həyata keçirdiyi basqılar nəticəsində hazırda ölkəmiz 180 ölkə arasında 162-cü yerdə qərarlaşıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button