2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Elgiz Qəhrəman ev dustaqlığına buraxılmadı.

Aprelin 27-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV-nin məlumatına görə, hakim Sahibxan Mirzəyevim sədrlik etdiyi iclasda E. Qəhrəmanın vəkili Fariz Namazlı vəsatətlər verib. Vəkilin E. Qəhrəman barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, onun vəkilin yanında əyləşməsi, prosesin qismən istintaqla aparılması barədə vəsatətləri məhkəmə tərəfindən təmin edilməyib.
Məhkəmənin yekun iclası mayın 11-nə təyin edilib.

E.Qəhrəmanın şikayəti üzrə məhkəmə prosesi martın 9-da başlayıb. Həmin iclasda gənc fəalın vəkili Fariz Namazlı çıxış edib. O bildirib ki, Elgiz Qəhrəmanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən tərtib olunmuş protokolda dindirilən şahidlər, əsasən də Ekspertiza Mərkəzinin əməkdaşı Gülşən Hümbətovaya verilmiş suallar, alınan cavablar yoxdur. Vəkil Elgiz Qəhrəmanın işinin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyib.

Dövlət ittihamçısı Rəsul Abbasov da buna etiraz etməyib.

Məhkəmə vəsatəti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsi məsələyə baxıb münasibət bildirənə qədər apelyasiya şikayəti üzrə proses təxirə salınıb.
Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Elgiz Qəhrəman siyasi sifarişlə həbs edildiyini, ittihamın saxta olduğunu deyir. Onun barəsində olan hökmdən verilən apelyasiya şikayətində bəraət hökmünün çıxarılması istənilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button