2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

‘Elgiz Qəhrəmanla Mehman Hüseynova problem yaradılır”

Gənc fəalların yaxınları ilə əlaqə saxlanılmasına imkan verilmədiyi deyilir

14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın və bloger Mehman Hüseynovun yaxınları ilə əlaqə saxlamasına problem yaradılır.

Bunu Meydan TV-yə NİDA-nın koordinatoru Samir Əsədli deyib. Onun sözlərinə görə, Namiq Qocayevin 14 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunmasından sonra bu problemlər yaranıb.

“Namiq Qocayev bloger Mehman Hüseynova anasının 40 mərasimi günü atası ilə telefon əlaqəsi saxlamağa icazə verməyib. Elgiz Qəhrəmanın ailəsinə isə soyadının düz olmadığını bəhanə gətirərək onunla görüşə imkan verilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Samir Əsədli deyib ki, hər iki gəncə gətirilən ərzaqlar yoxlamadan keçirilərkən əzilir və sonra onlara çatdırılır.
Penitensiar Xidmətdən məsələyə münasibət bildirmək istəməyiblər. Namiq Qocayev bundan əvvəl 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

O, 2017-ci ilin yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

M.Hüseynov isə 2017-ci il, martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Bu ilin avqustun 6-da blogerin anası Firəngiz Hüseynova Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Mehman Hüseynov onun yas mərasiminə qatıla bilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button