2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSosial

Əlil arabasına görə 4 min manat rüsum tələbilə bağlı DGK-dan AÇIQLAMA

Dövlət Gömrük Komitəsi 3 il əvvəl birinci qrup əlil Tural Əliyevin adına göndərilən əlil arabasına görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının 4 min manat rüsum tələb etməsinə dair məlumatlarla bağlı açıqlama yayıb.

24saat.org xəbər verir ki, açıqlamada deyilir: “Xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisnai hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib. Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib”.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. “Belə ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

Konkret Tural Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ Dövlət Gömrük Komitəsi rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, birinci qrup əliliyi olan Tural Əliyev bildirmişdi ki, 3 il əvvəl xaricdən sifarişlə aldığı əlil arabası üçün Bakı Baş Gömrük İdarəsi rüsum tələb edir. “Halbuki o zaman sabiq nazir Səlim Müslümovun xahişi ilə həmin araba gömrükdən keçirilmişdi. Bir qəpik də ödəməmişdik”. .

O qeyd edib ki, indi nazir gedib və görünür, gömrük rüsumu yada düşüb: “Yenidən rüsumun ödənilməsini tələb edirlər”.

T.Əliyev bildirib ki, dostu 2016-cı ildə həmin əlil arabasını ABŞ-ın “Gofondme.com” saytından sifariş edib:

“Özü də araba mənim şəxsi vəsaitim hesabına alınmayıb. Dostum təkərli əlil arabasının alınması ilə bağlı hesab açmışdı. Qısa müddətdə insanlar həmin hesaba pul köçürdülər. Vəsait yığıldı, araba sifariş verildi. Araba gələndə Hava limanında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları bildirdilər ki, keçirmək üçün 4 min manat rüsum ödəməlisiniz. Biz həmin vaxt mətbuatda və sosial şəbəkələrdə bunu yaydıq”.

“Səlim Müslümov mənə şəxsən zəng etdi”

T.Əliyev bildirib ki, bundan sonra əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ona şəxsən zəng edib:

“Dedi ki, narahat olma, gömrüyün rəisi ilə danışmışam, məsələni həll etmişəm, gedin arabanızı götürün. Getdik, 6-7 saat gözlətsələr də, arabanı bizə təhvil verdilər”.

Onun sözlərinə görə, həmin vaxt problemin tamamilə həll edildiyini düşünərək, arabanı götürüb, evə gəliblər.

T.Əliyev bildirib ki, bunun üstündən 3 ilə yaxın vaxt keçəndən sonra, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı ona zəng edərək bildirib ki, o vaxt deklorasiya yazılıb və 2 il ərzində bu pulu ödəmək barədə öhdəlik götürülüb. Həmin rüsumu indi ödəmək lazımdır:

“Arabanı götürən zaman nə mən, nə də ailə üzvlərimdən heç kim heç nəyə imza atmamışıq. Gömrüyün əməkdaşına bildiririk ki, məsələ nazir səviyyəsində həll olunub. Cavab olaraq gömrüyün əməkdaşı bildirdi ki, sənədlər məhkəməyə göndərilir”.

Tural Əliyev bildirib ki, gömrüyün əməkdaşı ona 4 min manatdan əlavə 500 manat da cərimə olunacağını deyib:

“İndi həmin 4 min manat qalxıb olub 4 min 500 manat. Əlavə cərimə də gəlib üstünə. Mənə dedilər ki, əgər cərimə və rüsumu ödəməsəm, malın dəyərini ödəməli olacağıq. Arabanın dəyəri isə 14 min dollardır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button