2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Elman Rüstəmovun yola salınmasının səbəbi nədir?

“Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvün seçilməsi müasir çağırışlara uyğun olaraq həyata keçirilən islahatların tərkib hissəsidir”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Milli Məclisin aprelin 12-də keçiriləcək iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi müzakirə olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin təqdimatı əsasında Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə baxılacaq.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda bank-maliyyə sektorunun qlobal arenada formalaşan siyasətə uyğunlaşdırılması prioritetdir.

“Hökumətin gəncləşdirmə siyasəti Mərkəzi Bankda da kadr islahatını zəruri edir, bu amil də nəzərə alınmalıdır”, – deyə Vüqar Bayramov əlavə edib.

Millət vəkili bildirib ki, qlobal bazarlarda qiymət artımları məzənnə siyasətinin təkmilləşdirilməsini prioritet edir.

“Dünya Bankı da daxil olmaqla aparıcı maliyyə qurumları Azərbaycan üçün inflyasiya proqnozuna baxaraq dəyişiklik edib. Bu isə ondan xəbər verir ki, 2022-ci və sonrakı illərdə inflyasiyanın tənzimlənməsi prioritetlər sırasında olacaq.

Bu mənada məzənnə siyasətinin təkmilləşdirilməsi və bütövlükdə bank sektorunun müasir çağırışlara uyğun olaraq inkişafının təmini də vacib məsələlərdəndir.

Prezidentin yeni təqdimatı bütövlükdə ölkədə aparılan kadr islahatlarının bir istiqamətidir. Bu, bank-maliyyə sektoruna pozitiv təsir edəcək”, – deyə V.Bayramov əlavə edib.

Qeyd edək ki, Taleh Kazımov “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş icraçı direktorudur. (Oxu.az)

24 saat” “Elman Rüstəmovun yola salınmasının səbəbi nədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button