2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Elman Rüstəmov ilin sonuna qədər manatın məzənnəsinin sabit olacağını proqnozlaşdırıb

Azərbaycanca Русский English

Makroiqtisdi göstəricilər ilin sonuna qədər manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırmağa əsas verir.

Bu barədə cümə günü keçirilən mətbuat konfransında Azərbaycan Mərkəi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Milli valyutanın məzənnəsinin sabit qalmasına şərait yaradan amillər arasında Rüstəmov dünya bazarlarında neftin qiymətinin yüksək olmasını göstərib.

Bundan başqa, AMB-nin valyuta hərraclarında ticarət də manatın məzənnəsi ilə bağlı nikbin proqnoz üçün əsas verir.

Saytların yığılması Saytlarin yigilmasi

“Dövlət Neft Fondu hətta valyuta satışı qrafikindən geri qalır. Valyuta hərraclarında tələb və təklif, demək olar ki, üst-üstə düşür. Birinci rübdə Neft Fondu valyuta hərraclarında 1,5 mlrd. dollar, bu günə qədər isə 1,9 mlrd. dollar satıb. Qrafikə əsasən, fond satışlarda 100 mln. dollar geri qalır”, deyə AMB sədri bildirib.

O, həmçinin qeyd edib ki, ilin əvvəlindən AMB tərəfindən valyuta müdaxilələrinə ehtiyac olmayıb. 

Turan

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button