2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Elman Rüstəmovdan kredit faizləri ilə bağlı AÇIQLAMA

“Azərbaycanda bank siyasətinin kredit fazilərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“İnflasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”, – deyə o əlavə edib.

Baş bankir həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir.

Saytların yığılması Saytlarin yigilmasi

AMB-nin sədri Elman Rüstəmov onu da bildirib ki, valyuta ehtiyatlarının idarə olunmasından əldə olunan gəlir bu ilin əvvəli ilə müqaysədə 203 mln. dollar çoxdur.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə olunmasından 75 mln. dollar əldə edib.
AMB-nin bu günə olan valyuta ehtiyatları isə 5,537 mlrd. dollardır.

 

Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button