Now Reading:
Elmar Brok: “Edam gələrsə, AB müzakirələri bitər”

Elmar Brok: “Edam gələrsə, AB müzakirələri bitər”

Türkiyədəki konstitusiya dəyişikliyi ilə bağlı referendumun nəticələrinə münasibət bildirən Alman Xristian Demokrat Birlik (CDU) partiyasının Avropa Millət vəkili Elmar Brok edamın geri qaytarılmasına qarşı xəbərdarlıq edib: “AB üzvlük müzakirələri müvəffəqiyyətsizliyə uğrayar.”

Bu  ilin yanvarına qədər AP Xarici Əlaqələr Komissiyası rəhbəri vəzifəsini yerinə yetirən Brok konstitusiya dəyişikliyi referendumunun nəticəsinin “Türkiyə ilə AB arasında üzvlük müzakirələrinin rəsmi şəkildə sonlandırılması üçün əsas yaratmadığını” qeyd edib. O, “qapılar möhkəm şəkildə qapadılmamalıdır” deyib. Brok Türkiyə prezidenti Ərdoğanın elan etdiyi fövqəladə hal səbəbiylə AB üzvlük müzakirələrinin təxminən altı aydır dondurulduğunu və indi də “şərtlər yerinə yetirilmədiyi üçün” davam etdirilə bilinməyəcəyini söyləyib.

Elmar Brok Türkiyə ilə silah ticarətinin  dayandırılması və AB ilə Türkiyə arasında imzalanan qaçqın problemi razılaşması çərçivəsində Türkiyəyə viza sərbəstliyinin verilməsindən imtina edilməsi istiqamətindəki tələblərə də qarşı çıxıb. Brok “referendum üzündən AB Türkiyə ilə bütün əlaqələrini qopara bilməz” deyib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.