Now Reading:
Elmar Məmmədyarov Makronun müşaviri ilə görüşdü

Elmar Məmmədyarov Makronun müşaviri ilə görüşdü

[vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row][vc_row][/vc_row]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkə prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etyen ilə görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektvləri müzakirə edlib, Azərbaycan XİN mətbuat xidməti məlumat yayıb.

Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların vəziyyəti haqqında qarşı tərəfə məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq məsələləri müzakirə ediblər.

Input your search keywords and press Enter.