2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Elmar Məmmədyarov Qətərə gedəcək

Azərbaycan xarici işlər nazirinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin 21-23 may tarixlərində Dohaya səfər edəcəyi gözlənilir. Məqsəd “Sabitlik və çiçəklənmə hamı üçün” adlı 16-cı Doha Qlobal Forumunda iştirak etməkdir.

Bunu Qətərin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə bildirib.

E.Məmmədyarov mayın 22-də “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı birinci plenar sessiyada çıxış edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq BMT baş katibi Pan Gi Munun da forumda iştirak edəcəyi təsdiqlənib.

Qeyd edək ki, 16-cı Qlobal Doha Forumunda beynəlxalq, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki vəziyyət, qlobal iqtisadiyyat, inkişafda olan ölkələrdə vətəndaş cəmiyyətinin inkişafı və davamlı inkişaf kimi məsələlərin müzakirəsi planlaşdırılır. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button