Now Reading:
Elmar Vəliyevi güllələyən şəxs – Yunis Səfərov danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, 3 İyul 20.30 radələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı odlu silahdan atəş açılıb. Verilən məlumata görə, baş vermiş hadisə nəticəsində Elmar Vəliyev və mühafizə xidmətinin əməkdaşı ağır yaralanıb.

24saat.org saytı xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Yunis Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra sosial şəbəkələrdə onun ağır işgəncələrə məruz qaldığını əks etdirən gürüntülər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov mətbuata açıqlamasında Yunis Səfərovun polis zorakılığına məruz qalmadığını bildirib.

06.07.2018-ci il tarixində Yunis Səfərovun görüntülü izahatı təqdim olunub. O, həmin izahatında bildirib ki, polislər tərəfindən təzyiqə məruz qalmayıb.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.