Loading...
Loading...
ÖLKƏ

Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu – Savash.org


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə ş. 4 saylı orta məktəbin yanında tikdirdiyi villası “hökumət iqamətgahı”, “qonaq evi” kimi qələmə verilsə də, əslində bunun belə olmadığı hər kəsə bəllidir”.
Savash.org xəbər verir ki, bu barədə dia.az-a məlumat verir: “ənbə bildirir ki, əslində Elmar Vəliyevin şəxsi mülki olan həmin villa sonradan yaxınlıqda yerləşən və sökülən hərbi hospitalın həyətinə birləşdirilərək əsl malikanə halını alıb. Qaynaq dia.az-a yazır: “Villa və malikanə aludəçiliyi ilə seçilən Elmar Vəliyevin Gəncənin mərkəzində bu ölçülərdə villanı hansı pulla tikdirməyini sual verməyə ehtiyac yoxdur. Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da”.
Qeyd edək ki, Elmar Vəliyevin villası ilə bağlı bu günlərdə də yerli KİV-lərdə ilginc iddialar səsələnmişdi. Deyilirdi ki, vətəndaşların əmlak hüquqlarına qəsdi ilə ad çıxaran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “gözə” gələcəyindən narahat olub. Belə ki, bir müddət öncə gununsesi.info-nun verdiyii məlumata görə, belə ki, icra başçısı rəhbəri olduğu şəhərdə özü üçün inşa etdirdiyi villasının qapısında “göz muncuğu” asdırıb: “E. Vəliyevin evinin qabağından keçən insanlar isə bunu sadəcə, təbəssümlə və istehza ilə qarşılayırlar. Çünki onun yaşadığı villanı hansı pullarla inşa etdirdiyi kimsəyə də sirr deyil. Hətta, bu azmış kimi qonşularının onun həyətinə bitşik torpaq sahəsini də ələ keçirən icra başçısı onlara vəd etdiyi kompensasiyanı belə verməyib.
İcra başçısının villasından həmin görüntüləri təqdim edirik:
Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu
Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu





Savash.org

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button