Xəbər verdiyimiz kimi, 3 İyul 20.30 radələrində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı odlu silahdan atəş açılıb. Verilən məlumata görə, baş vermiş hadisə nəticəsində Elmar Vəliyev və mühafizə xidmətinin əməkdaşı ağır yaralanıb.
24saat.org saytı xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Yunis Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra sosial şəbəkələrdə onun ağır işgəncələrə məruz qaldığını əks etdirən gürüntülər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov mətbuata açıqlamasında Yunis Səfərovun polis zorakılığına məruz qalmadığını bildirib.
06.07.2018-ci il tarixində Yunis Səfərovun görüntülü izahatı təqdim olunub. O, həmin izahatında bildirib ki, polislər tərəfindən təzyiqə məruz qalmayıb.
24saat.org