2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Elmar Vəliyevi güllələyənin işgəncə izli FOTOLARI

DİN isə təkzib edir

Gəncə şəhər icra hakimiyyətinni başçısı Elmar Vəliyevi və mühafizəçisini güllələmkdə təqsirləndirilərək həbs edilən Yunis Səfərovun işgəncəyə məruz qaldması ilə bağlı fotolar yayılıb.

24saat.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardakı şəxsin fiziki zora məruz qaldığı açıq-aşkar görünür. Facebook-da sürətlə yayılan fotolara əsasən hətta şəxsin işgəncə ilə öldürüldüyü barədə də mülahizə yürüdənlər var.

İstintaq altındakı şəxsə qarşı bu cür amansız rəftar bir çoxları tərəfindən narazılıq və etirazlarla qarşılanıb. Həmçinin fotonun kim tərəfindən və hansı məqsədlə yayılması da müzakirələrə səbəb olub. Bir çoxları fotonun elə polis tərəfindən yayıldığını iddia edərək, məqsədin “göz dağı” vermək olduğunu bildirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Yunis Səfərovla bağlı fotoşəkilin uydurma olduğunu və yayılan məlumatların isə həqiqəti əks etdirməyini bildirib: “Həmin şəxs polis və prokurorluq əməkdaşlarının dərhal əməliyyat axtarış tədbirləri nəticəsində isti izlərlə yaxalanıb. Prokurorluq orqanlarında cinayət işi qaldırılıb və istintaq gedir. Cinayəti törədən şəxs istintaq altındadır. Ona hərhansısa bir işgəncədən, təzyiqdən söhbət belə gedə bilməz”.
Xatırladaq ki, hadisə iyulun 3-də, saat 20.30 radələrində baş verib. Rəsmi məumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxs tərəfindən odlu silahdan atəş açılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
Elmar Vəliyevin atəş nətucəsində ağır yaralandığı, hətta xəstəxanada dünyasını dəyişməsi barədə xəbərlər isə təsdiqini tapmayıb və məlumat rəsmi qaydada təkzib edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button