2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Elmi mütəxəssislərlə fermerlərin işbirliyi gərəkir

Vahid Məhərrəmov: “Elmi inkişaf etdirmədən toxumçuluğu inkişaf etdirmək olmaz”

Kənd təsərrüfatı naziri Heydər Əsədov tərəvəz və kartof toxumlarının istehsalında ixtisaslaşan iri müəssisələrin tikintisinin başladığını deyib. Nazir ilin sonunadək bu müəssisələrin istifadəyə veriləcəyini söyləyib. O, gələcəkdə toxum istehsalı və emalı zavodlarının tikilməsinin planlaşdırıldığını deyib.
İqtisadçı-ekspert Vahid Məhərrəmov bu məsələnin mərhələli olduğunu söyləyir. Ekspert deyir ki, dənli bitkilər və tərəvəz toxumlarını istehsal edən fermer təsərrüfatlarıdır. Onların müəyyən işlərdən sonra çeşidlənmək üçün emal müəssisələrinin olmasına ehtiyac yaranır:
“Məsələ ondadır ki, elmi inkişaf etdirmədən toxumçuluğu inkişaf etdirmək olmaz. Genetika, seleksiyanı bilmək, yeni sortlar yaratmaq lazımdır. Daha sonra isə fermerlərin, həmin sahə ilə məşğul olan elmi müəssisələrin iş birliyini yaratmaq lazımdır. Elmi sahəni inkişaf etdirmədən yeni toxumların əldə olunması, ölkəmizin iqliminə uyğun sortlar yetişdirmək mümkün deyil. Yəni öncə seleksiya və genetika ilə məşğul olan elmi müəssisələr yaradılmalı və fermerlərin onlarla əməkdaşlığına nail olmaqla bu sahəni inkişaf etdirmək vacibdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button