2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSosial

Elmi-Tədqiqat Ağciyər Xəstəlikəri İnstitutundan xəstələrə mətbəx qadağası

Mətbəx ancaq bəlli saatlarda açılır, isti su isə yerli-dibli yoxdur

Elmi-Tədqiqat Ağciyər Xəstəlikəri İnstitutunda xəstə və xəstə yaxınlarının mətbəxdən normal, fasiləsiz istifadəsinə qadağa qoyulub.

Bu barədə 24saat.org-u etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, mətbəx yalnız günün bəlli saatlarında qısa müddət üçün açılır ki, bu da həm xəstələr, həm də xəstə yaxınlarının ciddi narazılığına səbəb olur. Belə ki, mətbəxin günün çox saatlarında bağlı saxlanılması nəticəsində xəstələrin çay, ilıq su, isti yemək və s. ilə təmin edilməsində problemlər yaşanır.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin sözlərinə görə, sözügedən institutla bağlı digər narahatverici məqam isə burada isti suyun yerli-dibli olmamasıdır. Məhz bu səbəbdən də xəstə yaxınları isti suya olan tələbatı müxtəlif isidici qurğuların köməyi ilə əldə etməyə çalışır ki, bu da hər zaman mümkün olmur.

Bilgili qaynağın sözlərinə görə, xəstələr onların gündəlik yaşamının tərkib hissəsinə çevrilən bu problemlərin həlli üçün həkim personalına dəfələrlə müraciət etsələr də, bu müraciətlərin real səmərəsi olmayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button