2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Elmira Axundova isə mənə 250 min manat pul qaytarıb”

Deputatın adı dələduzluq işində hallanır

“Elmira Axundova isə mənə 250 min manat pul qaytarıb. Çünkü Elmira xanım daha əvvəl demişdi ki, Elnur üçün tenderdə qalib gəlib. O söylədi ki, oğlunun bütün işlərini Elnur görəcək. Ona görə də 250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı”.

24saat.org xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesində zərərçəkən Fərman Məmmədov deyib. Cinayət işi hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.

Prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Fərman Məmmədov ona ümumilikdə 575 min manatlıq ziyan dəydiyini deyib. O bildirib ki, həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axundovun göstərişi ilə Elnura, 435 min manatı isə Həbibin özünə verib.

Saytların yığılması Saytlarin yigilmasi

F.Məmmədova deyib ki, istintaq dövründə dəyən zərər düzgün göstərilməyib.

O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub: “Mənə Elmira Axundova bildirdi ki, qəpiyinə qədər bütün pullarımı qaytaracaq. Bu biznes işində piramida quruldu. Bunu da edən Həbib Axundov oldu. Onunla aramızda səs yazıları var. Həbib hər şeyi boynuna alır, etiraf edir ki, bu işi o edib”.
İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir. Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.
Qeyd edək ki, adı mətbuatda tez-tez hallanan Həbib Axundovun lüks həyat tərzi ilə bağlı video sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. Onun adı həm də model Günel Mirzəyevanın ölümündə hallanır.

https://www.facebook.com/24saat.org/videos/1602753086500900/?t=1

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button