Elmira Axundova valyutadəyişmə məntəqələrinin bərpasını istədi - 24 saat xəbərlər
Now Reading:
Elmira Axundova valyutadəyişmə məntəqələrinin bərpasını istədi

Elmira Axundova valyutadəyişmə məntəqələrinin bərpasını istədi

“Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik”
“Azərbaycanın bəzi məktəblərində istilik sistemi işləmir”. Modern.az-ın görə, bunu Milli Məclisinin bu gün keçirilən növbəti iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.

Deputat “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazı olduğunu söyləyib:
“Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma “Azəristiliktəchizat”ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs keçməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır”.
E.Axundova valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasını da istəyib: “Bu gün ölkədə “qara bazar” tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpa edilməsini təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə qapadıldı. Axı bununla həm də peşəkarlar prosesdən kənarda qaldı. Həmdə işsizlik yarandı”.
Deputat vurğulayıb ki, valyutadəyişmə məntəqələrinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir: “Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir”.
Input your search keywords and press Enter.