2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Elmlər Akademiyasında magistratura şöbəsi yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şöbəsi yaradılır.


24saat.org  saytı xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

Mövzu ətrafında çıxış edən AMEA-nın Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov bildirib ki, son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparılır. 2015-ci ildən başlayaraq AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoran­turaya qəbul və minimum imtahanları test üsulu ilə keçirilir, doktorantların xarici dil fənni üzrə bilik səviyyələrinə qoyulan tələblər yüksəldilib. Həmçinin idarə rəisi qeyd edib ki, elmi qurumun tarixində ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub. Əminağa Sadıqov Akademiyaya qəbul zamanı bakalavrlar arasında güclü rəqabətin olduğunu vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İclasda AMEA-nın magistraturasına qəbulun nəticələri təsdiq edilib, Rəyasət Heyəti aparatının müvafiq idarələrinin və elmi müəssisələrin rəhbərlərinə tədris prosesinin təşkili ilə bağlı tapşırıqlar verilib. Bundan əlavə, AMEA-da təhsillə bağlı təşkilati işlərin həcminin xeyli artdığını və bununla bağlı Elm və Təhsil İdarəsinin strukturunun və kadr potensialının gücləndirilməsində yaranan zərurəti nəzərə alaraq Rəyasət Heyəti qərar qəbul edib.

Qərara əsasən, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şöbəsi yaradılıb, şöbənin ştat vahidləri təsdiq edilib. Həmçinin idarənin Elmi-analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button