2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Elnar Əsgərov mənim adımdan milyonlar alaraq faiz verib”

Sabiq nazir müavini Arif Əsgərovun baldızı oğluna 9 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. R.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb. İttihama görə, Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilir. O, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərov da şahid qismində tanınıb.  E.Hüseynov pulları Elnar Əsgərova verdiyini deyib. Cinayət işində şahid kimi tanınan Elnar Əsgərov isə deyilənləri rədd edib.

“Elnar Əsgərov mənim adımdan ayrı-ayrı şəxslərdən milyonlar alaraq faiz verib”

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə Rahib Hüseynov məhkəmədə son söz deyib.
O, məmur övladlarının toruna düşdüyünü deyib: “Mənim günahsız olduğunu hamı bilir. Sadəcə məmur övladlarının günahının cəzasını çən çəkirəm. Arif Əsgərovun oğlunun, icra başçısının oğlunun oyunlarına görə mən həbs edilmişən. Elnar Əsgərov ölkəyə gətirdiyi malı dəfələrlə baha qiymətə dövlətə satıb. Mənim adımdan ayrı-ayrı şəxslərdən milyonlar alaraq faiz verib. Arif Əsgərov bu işlər başlayandan zərərçəkmişlərə 40 milyon ödəyib. Mən isə heç bir günahım olmadan həbsdəyəm. Məmur övladları öz imkanlarından istifadə edib məni günahkar çıxardılar. Onlar indi kef edir, mən isə gün sayıram”.

Saytların yığılması Saytlarin yigilmasi
“Dəmiryolu idarəsində milyonların neçə ələ keçirildiyini sənədlərlə ortaya qoyacam”

Təqsirləndirilən deyib ki, bu işlər 2013-cü ildən davam edir: “Günahım olsaydı, o zamandan həbs edilərdim. İndi də azadlığa çıxardım. Mən apellyasiya məhkəməsində dəmiryolu idarəsində milyonların neçə ələ keçirildiyini sənədlərlə ortaya qoyacam. Bu qədər haqsızlıq, özbaşınalıq olmaz. Elnar Əsgərovla Qoşqar Zeynalov bacanaqdır. İndi onlar düşmən olub buna görə də cəzanı mən çəkirəm. Məhkəmədən barəmdə bəraət hökmü çıxarmasını istəyirəm”.

6 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə Rahib Hüseynov 9 il azadlıqdan məhrum edilib. Daha əvvəl həbsdə yatdığı günlər bu müddətdən çıxışın və üzərində qəti olaraq 6 il 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Xatırladaq ki, dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilməsini istəmişdi. O, məhkəməyə gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və daha sonra könüllü olaraq təslim olmuşdu.

“Qara mühasibatlıq” kitabındakı milyonlar…

Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.
Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.
Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.
R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.
Həmin işdə də Elnar Əsgərovun adı hallanırdı.

24saat.org xəbəri bizimyol.info saytına istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button