2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Elnur Hüseynzadənin hərbçi olmaması MN-nin məsuliyyətini azaldırmı?

Üzeyir Cəfərov: “O, Azərbaycan vətəndaşıdır və onun təhlükəsizliyinə cavabdehliyi MN daşıyır”

“Baş vermiş bu hadisə bizə bəzi boşluqların olmasını bir daha xatırlatdı…”

Saytların yığılması Saytlarin yigilmasi

 

Məlum olduğu kimi, Elnur Hüseynzadə adlı Azərbaycan vətəndaşı ermənilər tərəfindən əsir götürülüb. Hansı ki, Müdafiə Nazirliyi onun artıq Azərbaycan ordusunda xidmət etmədiyini iddia edir.

Maraqlıdır, əsir götürülən mülki şəxslərə görə Müdafiə Nazirliyi (MN) məsuliyyəıt daşımırmı? E.Hüseynzadə hətta mülki şəxs belə olsa onun ermənilər tərəfindən ələ keçirilməsi sərhədləri etibarlı şəkildə qorumağa borclu olan MN-i üçün mənfi hal kimi dəyərləndirilə bilərmi?

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov 24saat.org-a açıqlamasında məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hesab edirəm ki, Müdafiə Nazirliyinin Bərdə hərbi birləşməsinin keçmiş hərbi qulluqçusu Elnur Hüseynzadə ilə bağlı məsələ çox ciddi şəkildə araşdırılmalı və buna müvafiq qiymət verilməlidir. Bir neçə ciddi suallar var ki, onlara mütləq cavab verilməlidir. Suallardan biri ondan ibarətdir ki, bu şəxsi müddətli həqiqi hərbi xidmətə qəbul edərkən ona müsbət rəy vermiş şəxslər müəyyən edilməli və onlar bu şəxsi hansı keyfiyyətlərinə görə hərbi xidmətə qəbul etdiklərinə aydınlıq gətirməlidirlər. MN-nin məlumatından görünür ki, bu adam çox qısa bir müddət xidmətdə olub və özünü o qədər də müsbət tərəfdən xarakterizə etməyib. Bundan əlavə, MN-nin mətbuat xidməti də bu hadisə ilə əlaqədar özünü çox qeyri-peşəkar şəkildə göstərdi. Mən bilmirəm bu kimin, hansı generalın təklifi ilə baş verdi, amma kənardan çox da uğurlu olmayan bir təsir bağışladı. Son dərəcə ciddi və bütün Azərbaycan cəmiyyətini maraqlandıran, narahat edən hadisə ilə əlaqədar 3 tam ziddiyətlərlə dolu məlumatlar verildi. Faktiki Azərbaycan vətəndaşının Ermənistanın qaniçən ordusu tərəfindən əsir və ya girov götürüldüyü artıq rəsmən təsdiqlənib. Bu şəxs ötən həftələrə kimi MN-nin hərbi qulluqçusu olub. Ön xəttdə xidmət edib. İndi hansısa hərəkətlərinə görə ordu sıralarından uzaqlaşdırılıbsa belə, bu bizim hörmətli generalllarımıza haq qazandırmır ki, onlar məlumatı bu cür yolverilməz şəkildə versinlər. Necə yəni, o hərbçi deyil və xidmətdə deyil? Ən önəmlisi o, vətəndaşımızdır və onun, onun kimi milyonlarla Azərbaycanlıların müdafiəsi və təhlükəsizliyinə ən birinci cavabdehliyi hansısa bir başqa qurum deyil, məhz MN daşıyır. O ki qaldı dmətbuatda açıqlanması ziyanımıza işləyə biləcək digər vacib məqamlara, hesab edirəm ki, müdafiə naziri hörmətli Zakir Həsənov təcili şəkildə bəzi kadr addımlarını atmalıdr. Ən azından ötən ilin aprel hadisələrinin analizi və təhlili onu deməyə əsas verir ki, bəzi komandir heyətindən olan şəxslər vaxtından çox əvvəl özlərinə arxayın olub, bağışlanılmaz səhvlərə və hərəkətlərə yol verməkdə davam edirlər. Bu isə, Silahlı Qüvvələrimizin adına və nüfuzuna çox ciddi təsir göstərir.

Ön xəttdə ölkənin müdafiəsini və təhlükəsziliyini təmin etməli olan şəxslər son dərəcə məsuliyyətli və vəzifələrinin icrasına ciddi yanaşmalıdırlar. Hesab edirəm ki, Elnur Hüseynzadə ilə bağlı baş vermiş hadisə ilə əlaqədar çox ciddi ölçülər götürüləcək. Bizim mənfur düşmənin üstümüzə həqarət etməyə imkan verməyə heç bir halda haqqımız yoxdur. Təəssüf ki, baş vermiş hadisə bəzi boşluqların olmasını bir daha bizə xatırlatdı…”

 

Seymur Əliyev

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button