2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Elnur Məmmədlinin mağazaları bağlanır

Bakıda ötən il fəaliyyətə başlamış «SuperMarket-№1» marketlər şəbəkəsinin bağlanacağı bildirilir.

Marja.az-ın xəbərinə görə, şəbəkənin artıq metronun « 20 Yanvar» stansiyası yaxınlığındakı nəhəng «Nəsimi» filialı bağlanıb.

Xəbərdə qeyd edilir ki, hazırda topdansatış şirkətləri mağazadakı mallarını geri almaqla məşğuldurlar. Şəbəkənin «Nəsimi» filialı həm «SuperMarket-№1»in, həm də Bakının ən böyük supermarketlərindən biri hesab olunurdu.

Saytların yığılması Saytlarin yigilmasi

«SuperMarket-№1»lərin olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilirdi. İdmançının özü də «SuperMarket-№1»lərin ona məxsus olduğunu təsdiq etmişdi.

«SuperMarket-№1» marketlər şəbəkəsində 500 nəfərdən artıq işçinin çalışdığı söylənirdi.

Bir neçə gün öncə Bakıdakı iri marketlər şəbəkəsindən olan “Rahat Market”-in də 10 şöbəsini bağladığı deyilirdi.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button