2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Elon Musk ikinci nəsil Starlink peykləri barəsində məlumat verib (VİDEO)

    Everyday Astronaut adlı Youtube şou çərçivəsində Elon Musk Starlink üçün nəzərdə tutulmuş ikinci nəsil peyklər barəsində məlumat verib. Onun sözlərinə əsasən ikinci nəsil peyklər daha böyük və güclü olacaqlar. Onların əsas məqsədləri isə planetin ucqar nöqtələrini internet şəbəkəsi ilə təmin etmək olacaq. Musk bildirib ki, SpaceX artıq ilk Starlink 2.0 peykini hazırlayıb. İkinci nəsil peyk 7 metr uzunluğa və 1.25 ton ağırlığa sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Starlink peykinin çəkisi cəmi 260 kq təşkil edir. “Hər bir peykin neçə bit məlumat ötürə biləcəyini təsəvvür edin. Faydalı məlumatlar baxımından Starlink 2.0 peyki Starlink 1.0-dən qat-qat yaxşıdır” – deyə Musk qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

    Peyklərin çəkilərində olan artım kosmik logistika baxımından onları daha qəliz yükə çevirir. Birinci nəsil Starlink peykləri Yer kürəsinin aşağı orbitinə Falcon 9 raketi vasitəsilə göndərilir. Lakin Starlink 2.0 peyklərinin öhdəsindən Falcon 9 gələ bilməyəcək. “Falcon 9 raketi Starlink 2.0-ın aşağı orbitə göndərilməsi üçün lazımi imkanlara sahib deyil. Əgər biz hətta Starlink 2.0-ın ölçüsünü kiçiltsək də Falcon 9 onu kosmosa göndərə bilməyəcək” – deyə Musk qeyd edib. İkinci nəsil Starlink peyklərinin hazırlanması onu göstərir ki, SpaceX şirkəti hazırlanan ağır Starship raketinə ümid bəsləyir. SpaceX şirkətinin sözügedən raketi hələ də hazırlanma mərhələsindədir və onun orbital uçuş testi dəfələrlə təxirə salınıb.

24 saat” “Elon Musk ikinci nəsil Starlink peykləri barəsində məlumat verib (VİDEO)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button