2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Elon Musk Tesla Bot robotunun nə zaman sərgilənəcəyini elan edib

    Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Tesla şirkəti 19 avqust tarixində Tesla AI Day adlı tədbir keçirdəcək. İndi isə Elon Musk öz Twitter hesabında məlumat verib ki, sözügedən tədbir 30 sentyabra təxirə salınıb. Bununla belə Musk-ın vermiş olduğu məlumatda qeyd edilib ki, həmin tədbir çərçivəsində ilk dəfə olaraq Tesla Bot adlı funksional robot da sərgilənəcək. Musk bildirib ki, Tesla AI Day-in ikinci günü 30 sentyabr tarixində baş tutacaq. Musk ümid edir ki, həmin müddətə kimi Tesla Bot adlı robot sərgilənmək üçün tam hazır olacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Musk sözügedən tədbirdə çoxlu sayda maraqlı anonsun olacağını bildirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

    Keçən ilki Tesla AI Day tədbirində şirkət Dojo adlı superkompüterini təqdim etmiş, öz elektromobillərində reallaşdırılacaq avtonom idarəetmə sistemi barəsində məlumatlar vermiş və Tesla Bot-u ilk dəfə anons etmişdi. Sözügedən robot həmçinin Optimus kod adına da sahibdir. Həmin vaxtda Musk bu robot barəsində yalnız bəzi məlumatları təqdim etmişdi. Lakin robotun real prototipi sərgilənməmişdi. Bu ilin əvvəlində o qeyd etmişdi ki, robotun hazırlanması Tesla üçün prioritetli layihəyə çevrilib və onun 2023-cü ildə işıq üzü görməsi planlaşdırılır. Gözləntilərə əsasən ilk mərhələlərdə Tesla Bot sadə və təkrarlanan tapşırıqlarını yerinə yetirə biləcək. Lakin perspektiv cəhətdən sözügedən robot yeni imkanları öyrənərək həm kommersiya həm də istehlakçı səviyyəsində tətbiqdə çox faydalı ola bilər. 

24 saat” “Elon Musk Tesla Bot robotunun nə zaman sərgilənəcəyini elan edib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button