2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Elxan Usubov “topdağıtmaz” mülklərini satır – ŞƏKİ AZAD OLACAQ

Son vaxtlar ölkədə aparılan islahatlar çərçivəsində bir sıra məmurların sərvəti gündəmə gəlir. Hazırda sosial şəbəkələrdə müzakirə edilənlər arasında 10 ildir Şəki icra başçısı vəzifəsini yerinə yetirən Elxan Usubov da var.

24 saat” “Bakupost.az”a istinadən xəbər verir ki, Elxan Usubovun Bakıda T.Şıxəliyev-6, Şəkidə L.Abdullayev-36, M.Ə.Rəsulzadə-293 ünvanlarında xidməti mənzilləri ilə yanaşı Ağstafada 1, Şəkidə 5 dəbdəbəli malikanəsinin olduğu bildirilir.

Bununla yanaşı, icra başçısının (Elxan Usubov) Şəkidə süd zavodunun, “Sünbül” çörəkbişirmə sexinin və “Şəki”, “Narınqala”, “Şam bağı”, “Cənnət bağı” kimi otellərinin də olduğu iddia edilir. E.Usubova məxsus daha bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri var.

Saytların yığılması Saytlarin yigilmasi

Dağüstü park” deyilən ərazidə “Panaroma” otelinin, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin, Gürcüstanda böyük fındıq zavodunun, KEMİKO CO LTD MMC və A.Q.T.İ.M. MMC şirkətinin də Elxan Usubov tərfindən idarə edildiyi bildirilir.

İcra başçısı biznesini xaricə qədər uzadan vəzifəli şəxslərdəndir. Belə ki, onun Belarusda da biznes obyektlərinin olduğu iddia edilir.

İddia edilir ki, Elxan Usubov son vaxtlar mülklərini satışa çıxarıb. Satılan mülklər arasında Şəkidə, M.Ə.Rəsulzadə küçəsində yerləşən və Peterburqdakı “Qış Sarayı”nın oxşarı olan 5 milyon manatlıq villasının da olduğu vurğulanır.

Bundan başqa, icra başçısının Şəkinin Vərəzət kəndi yaxınlığında salınmış 76 ha sahəsi olan və müasir avadanlıqlarla təchiz olunmuş şaftalı bağını dəyərindən ucuz qiymətə, 8.5 milyona satmaq istədiyi bildirilir.

Qeyd edək ki, Elxan Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin mayın 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il may ayının 23-dən isə Şəkinin icra başçısı vəzifəsini icra edir.

Xatırladaq ki, E. Usubov Baş Prokurorun sabiq müavini Rüstəm Usubovun əmisi oğludur. Himayədarı Rüstəm Usubov vəzifəsindən azad edildikdən sonra Elxan Usubovun da yola salınacağı təxmin edilirdi. Görünür, E.Usubov artıq bu siqnalı və bu səbəbdən də mülklərini vaxtında satışa çıxarıb.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button