2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Elza Seyidcahan itlərinə toy edən biznesmendən sponsorluq etməsini istədi- VİDEO

Tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlunun Amon və İsida adlı cins itlərinə toy etməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

24saat.org  “Qafqazinfo”ya istinadən xəbər verir ki, toydan yayılan görüntülərdərdə əməkdar artist Elza Seyidcahanın da adı hallanır. Belə ki, qonaqlardan biri məclisə Seyidcahanı çağırmadıqlarına görə heyfisləndiyini söyləyib.

Əməkdar artist mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. Müğənni-bəstəkar deyib ki, biznesmenin bu cür addım atması onun şəxsi işidir:

Saytların yığılması Saytlarin yigilmasi

“Bəzi insanlara dəyər verməkdənsə, etibarlı, hissiyyatlı heyvanlara (itlərə) dəyər vermək heç də pis deyil. Tənbəl, şəxsiyyətsiz insanlar var ki, işləmir, zəhmət çəkmir və dilənirlər. Onların küləkdə, qışda, soyuqda, qızmar istidə qucaqdakı uşaqlara yazığı gəlmir. Ancaq heyvanlar isə insanlara xidmət edir. Kəlamda var ki, heyvanları cüt saxlayın.

Heyvanlara yanaşma tərzi hər kəsin şəxsi işidir. Görəsən bu toy sahibi insanlardan bezdimi? Yoxsa “insalardan daha çox onlara önəm verirəm” demək istədi? Bəlkə də, bu mesajı vermək istəyir ki, heyvanlardan öyrənin, ey eynicinslilərlə evlənən cəzalılar”.

Əməkdar artist bildirib ki, həmin toyda iştirak edə bilərdi:

“Mən o toyda iştirak edərdim. Ancaq qarşılığında “Heyvanlarla insanlar” adlı gözəl bir layihəmə sponsorluq etsin”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button