Now Reading:
“Embawood” mebel fabriki işçilərinə maaş verə bilmir – İDDİA

Ölkədə hər ötən gün sosial vəziyyətin ağırlaşması təkcə sadə vətəndaşların güzəranında deyil, həm də səsi Azərbaycanın hüdudlarından kənardan gələn iri firmalarda da aşkar hiss olunur.

24saat.org saytının elektron poçtuna daxil olan məlumatda “Embawood” mebel fabrikinin işçilərinə məvacib verə bilmədiyi qeyd olunur ki, bu da yuxarıda qeyd etdiyimiz ağır iqtisadi və sosial durumla birbaşa əlaqəlidir.

Məlumatı saytımıza verən şəxs bildirir ki, rəhbərlik tərəfindən aylarla verilməyən maaaşlar üçün hər gün “sabah olacaq” vədindən başqa heç bir əməli addım həyata keçirilmir.

İddiaya görə, “Embawood” mebel fabrikinin ciddi maliyyə problemləri yaranıb. Vəziyyət o həddədir ki, şirkət rəhbərliyi yaranan problemin həlli üçün çalışanlarının maaşlarını belə yubadaraq məsələnin həllinə nail olmağa çalışır.

Xatırladaq ki, “Embawood” mebel fabriki 1996-cı ildə qurulub və Azərbaycandan başqa, Gürcüstan, Qazaxıstan və Ukraynada fabrikləri var. Şirkətin həmçinin ölkəmizdə 55, Qazaxıstanda 17, Tacikistan 5, Qırğızıstan 2, Gürcüstanda 30,Ukraynada 12 və Rusiyada 2 brend mağazası fəaliyyət göstərir.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.