2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Yanvarın 12-də bloger Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasından evə telefon edib. 24saat.org xəbər verir ki, bu barədə Turan-a onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bloger bəzi mesajlar verib: o təzyiq altında olduğuna və telefonla sərbəst danışa bilmədiyinə işarə edib. Son günlər ziyarətçilərlə, o cümlədən Aİ nümayəndələri ilə görüşlərin konfidensial olduğunu deyib. Bloger üstüörtülü şəkildə bildirib ki, aclığı davam etdirir və səhhətilə bağlı problem qalır. O, gələn həftə vəkillərinin gəlməsini xahiş edib.

E.Hüseynov qeyd edib ki, bloger şənbə günü evə gözlənilmədən zəng edib.

Saytların yığılması Saytlarin yigilmasi

M.Hüseynov digər qardaşının həyat yoldaşı ilə danışıb.

Telefon selektora keçirilib və E.Hüseynov başqa aparat vasitəsilə söhbətə qoşulub.

E.Hüseynovun sözlərinə görə, söhbət 7 dəqiqəyə yaxın davam edib.

“İlk iki dəqiqə Mehman atasının vəziyyətini soruşub. Atasının durumu ilə maraqlanıb. Qardaşının həyat yoldaşı atasının narahatlıq keçirdiyini bildirib.

Xanım ona nə gətirmək lazım olduğunu soruşduqda Mehman sanki diqtə altında son günlər Qırmızı Xaç Komitəsinin, ombudsman, hökumətyönlü QHT-lər, Avropa İttifaqı missiyası nümayəndələri və bir sıra ölkələrin səfirləri ilə görüşləri barədə danışıb”, – E.Hüseynov bildirib.

Onun sözlərinə görə, M.Hüseynov görüşdüyü hər kəsə bloger fəaliyyətinə və araşdırmalarına görə həbs olunduğunu söyləyib.

İki ildir ki, o, həbsdədir və heç bir araşdırma aparılmır.

“Odur ki, Mehman deyib ki, yeni cinayət işi qardaşı Eminin, yəni mənim fəaliyyətimə görə qisas sayılır. Ancaq o, ziyarətçilərə deyib ki, mənə və digər ailə üzvlərinə görə məsuliyyət daşımır. Mehman bizimlə söhbət zamanı qeyd etdi ki, məhdudiyyətlər səbəbindən çox şey danışa bilmir. Ancaq bəzi mesajları ötürə bildi. Qeyd etdi ki, onun adından yayılan məlumatlardan xəbəri yoxdur. Dedi ki, hazırda onu saxlama şəraiti narahat etmir, əsas məqsədi yeni əsassız ittihamın üzərindən götürülməsidir.

Mən soruşdum ki, aclığı davam etdirirmi? Bu zaman əlaqə kəsildi. Bundan sonra nə soruşmaq istədimsə əlaqə kəsildi. Faktiki olaraq Mehmanın monoloqu alındı. O, narahat, gərgin səslə danışırdı, hiss olunurdu ki, ona nəzarət edirlər. Mehman işarə etdi ki, aclığı davam etdirir, “mübarizəni əvvəlki tempdə davam etdirir”, yəni, ancaq süd və kefir qəbul edir. O həmçinin qeyd etdi ki, həkimlərin nəzarəti altındadır.

Ondan sidik, nəcis, qan analizi götürüblər. Həkimlər mənfi fəsadlardan ehtiyat edərək sistem qoymağa çəkiniblər, qərar analizlərin nəticələri məlum olduqdan sonra qəbul ediləcək”, – E.Hüseynov bildirib.

Onun fikrincə, hakimiyyət M.Hüseynovun aclıq etməməsi barədə ictimai rəy formalaşdırmağa çalışır.

“Ona ziyarət edən hakimiyyətyönlü QHT nümayəndələri vasitəsilə məlumatlar yayılır ki, guya Mehman süd, duru yeməklər qəbul edir. Ancaq əslində Mehman süd məhsulları qəbul edir. Əgər insan gün ərzində sutkalıq normadan az kolori qəbul edərsə bu, aclıq sayılır, çünki orqanizmə ziyan dəyir. Oleq Sentsov da qida qatışıqlarından istifadə edərək uzun müddət aclıq etdi. Mehman martın 2-dək -cəza müddəti bitənədək aclıq etmək niyyətindədir”, – E.Hüseynov bildirib.

Aİ missiyası nümayəndələrinin və Aİ ölkələri səfirlərinin M.Hüseynova baş çəkməsinə gəlincə, E.Hüseynov təəssüflə qeyd edib ki, hakimiyyət bundan öz məqsədləri üçün istifadə etdi.

“Hakimiyyət müxtəlif nümayəndələri, o cümlədən Aİ nümayəndə heyətini Mehmanın yanına buraxmaqla belə fikir formalaşdırmaq istəyir ki, Mehmanda hər şey qaydasındadır, cəmiyyətdəki gərginliyi dağıtmaq, növbəti cümə axşamı Avropa Parlamentində Mehmanın ətrafında yaranmış vəziyyətə baxılması, ümumiyyətlə, Qərb tərəfindən rejimə qarşı sanksiyaların aktuallaşması ərəfəsində beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Mən başa düşürəm ki, Aİ nümayəndələi Mehmana xoş niyyətlə baş çəkiblər. Ancaq Mehmanla onların fotosunun hökumətyönlü KİV-ə düşməsinə və bundan hökumətin təbliği məqsədilə istifadə olunmasına imkan veriblər. Məndə belə fikir yaranır ki, Mehmanın onlarla və digər nümayəndələrlə görüşü konfidensial olmayıb. Aİ nümayəndələrinin yekunlar barədə bizim ailəyə bilgi verməməsi və mətbuat üçün bəyanatla çıxış etməməsi təəssüf doğurur.

Ümumiyyətlə, Aİ ölkələrindən ancaq Fransa Mehmana qarşı yeni işlə bağlı prinsipial mövqe nümayiş etdirib və onun azadlığa buraxılmasına çağırıb. Aİ xarici əlaqələr üzrə ali nümayəndəsi Federika Mogerini beynəlxalq hüquq-müdafiə təşkilatlarının Mehmanla bağlı aktiv kampaniyası, Avropa Şurası insan hüquqları üzrə komissarın, ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatları fonunda susmağa üstünlük verir.

O həmçinin qeyd edib ki, bloger onun hüquqları uğrunda mübarizə aparan hər kəsə təşəkkür etməsini xahiş edib.

“Mehman xahiş etdi ki, gələn həftə vəkillər ona baş çəksinlər. Başqa bir şey xahiş etmədi. Anamız vəfat etdikdən sonra mən həmişə Mehmanla telefonla sərbəst danışmışam. Ancaq bu dəfə bizə imkan vermədilər. O, mənim suallarımı eşitmədi. Bu fakt da özü-özlüyündə qardaşıma güclü təzyiqlərin olmasından xəbər verir”, – E.Hüseynov vurğulayıb.

Mehman Hüseynov həbsdən çıxmasına 2 ay qalmış koloniya əməkdaşını döyməsilə bağlı irəli sürülmüş yeni ittihama etiraz olaraq dekabrın 26-dan aclıq elan edib.-0-

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button