2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Emin İbrahimov aclığı dayandırıb

Keçmiş diplomat Emin İbrahimov Şüvəlan İstintaq Təcridxanasında 20 gündür davam etdirdiyi aclıq aksiyasını avqustun 12-də dayandırıb. Bu barədə o, yaxınları ilə telefon söhbətində bildirib.

Öz növbəsində, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Turan Agentliyinə bildirib ki, İbrahimov aclığı ailə üzvlərinin, qohumlarının, dostlarının və həmfikirlərinin israrlı xahişlərindən sonra dayandırıb.

“Biz bundan əvvəl də Emindən aclığı dayandırmağı xahiş edirdik, lakin o, israrla aksiyanı davam etdirirdi. Bu dəfə biz onu inandırdıq ki, o, mübariz adamdır və işini davam etdirmək üçün sağlam olmalıdır”, deyə Qasımlı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Emin İbrahimov iyulun 22-də saxlanılıb. Ona qarşı Azərbaycan CM-in 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrlə o, 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 24-də məhkəmə onu 4 ay müddətinə həbs edib. Etiraz əlaməti olaraq İbrahimov aclıq elan edib. O, həbsinin əsl səbəbinin hakimiyyəti tənqid etməsi olduğu qənaətindədir.

Emin İbrahimov keçmişdə Azərbaycan XİN sistemində çalışıb. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı Səfirliyinin ikinci katibi, 2016-2020-ci illərdə Azərbaycanın Uruqvayda müvəqqəti işlər vəkili olub. Sonradan o, hökumətin siyasətindən narazılığını bildirərək diplomatik xidmətdən istefa verib.

Bundan sonra o, sosial şəbəkələrdə hakimiyyəti tənqid edirdi.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button