2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Emin və Mehman Hüseynovların anası reanimasiyaya yerləşdirildi

Həbsdə olan bloger Mehman Hüseynovun anası xəstəxanaya yerləşdirilib.

Bu barədə iyulun 19-da Toplum Tv-yə blogerin atası Rafiq Hüseynov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı Firəngiz Hüseynova 4 gün əvvəl əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

“İndi vəziyyəti ağırdır. Həkimlər deyirlər ki, ürəyində problem var. Son dövrlər o qədər stress keçirib ki, ürək ağrısı onun yanında heç nədir. Mehmana görə də yaman narahatdır”, – deyə blogerin atası bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rafiq Hüseynov deyib ki, Mehman bugünlərdə anasının yanında olması üçün qanunla azadlığa buraxılmalıdır: “Mən yaşlı adamam, xəstəyə necə baxım? Mehmanın azadlığa buraxılması üçün xəstəxana bizdən onun şəhadətnaməsini tələb edir. Mən evdə bu sənədi tapa bilmədim. Yerini yoldaşım bilir, onun da vəziyyəti ağırdır”.

Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Mehman Hüseynov həbsinin onun fəaliyyəti ilə bağlı olduğunu deyib.
Mehman Hüseynovun böyük qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun təsisçisi Emin Hüseynov isə ölkə xaricində yaşayır, onun Azərbaycan vətəndaşlığı ləğv edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button