2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Enerji içkiləri ürəyi dayandıra bilər – Xəbərdarlıq

“Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər”.

Bunu AzVision.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib. O, bildirib ki, enerji içkilərinin uşaqlar tərəfindən istifadəçi olduqca təhlükəlidir, valideynlər bu məsələdə diqqətli olsunlar.“Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur. Buna diqqətli olmaq lazımdır. Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Bundan başqa insanlara məlumat vermək lazımdır ki, bu içkilər ziyanlıdır, mümkün qədər istifadə etməsinlər. Əfsuslar olsun ki, bəzən korporativ maraqlar üstün gəlir”.

Adil Qeybulla

A.Qeybulla qeyd edib ki, problemin həlli yolu ərzaq və dərman təhlükəsizliyi konsepsiyasının yaradılmasındadır.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu, milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. İstər dərman preparatlarının, istərsə də qida məhsullarının istehlak qaydaları vətəndaşlara izah edilməlidir. Bu, çox vacib məsələdir. Enerji içkilərin ziyanlı olması ilə bağlı məsələnin qaldırılması mütləqdir və mən bunu dəstəkləyirəm. Vətəndaşlar mümkün qədər belə içkilərdən istifadə etməsinlər, bunun təhlükəli olduğunu dərk etsinlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button