2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Erdoğan: “Əgər işğal varsa, bunu niyə həll etmirsiniz?”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Sankt Peterburqda Rusiya prezidenti ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradılmasına müsbət münasibətin olduğunu bildirib.
Rusiya səfərindən geri qayıdan cənab Erdoğan təyyarədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu formatın yaradılmasına Azərbaycanla yanaşı Rusiya da müsbət yanaşıb, Haberturk saytı məlumat verir.
“Cənab Putinlə bunu müzakirə etdik və razılğa gəldik. Məqsəd, bölgədəki siyasi prosesləri yerində, yaxından izləməkdir. Xüsusilə də məlum Qarabağ məsələsi var,” cənab Erdoğan deyib.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tigran Balayan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu inkar edib, Armenpress xəbər agentliyi məlumat verir.
Cənab Balayan Türkiyə xarici işlər naziri Mehmet Cavuşoğlunun Ankaranın sülh preosesində iştirakının mümkünlüyünə dair fikrinə cavab olaraq bildirib.
Türkiyə prezidenti, Rusiya, Fransa və ABŞ-ın iştirakı ilə Minsk qrupunun münaqişənin həllinə nail olmadığını deyib və Türkiyənin iştirakı ilə daha fərqli nəticələrin ola biləcəyini bildirib.
“23-24 il keçib, hələ də bu məsləni həll etməyiblər və ya həll etmək istəməyiblər. Bu işğalı hər kəs qəbul edir. Əgər işğal varsa, bunu niyə həll etmirsiniz?” o sual edib.
Həmçinin oxuyun: Putin: Qarabağ tənzimlənməsində “nə qalib, nə də məğlub” olmalıdır
Cənab Erdoğan həmçinin işğal olunmuş 5 rayonun qaytarılması barədə də söz açıb: “Daha əvvəl bəhs edilən 5 rayon azad edilərsə, zənnimcə ordakı problem ciddi şəkildə normallaşma prosesinə başlayacaq”.
Türkiyə prezidenti keçən il Rusiya təyyarsinin Türkiyə qırıcıları təfəindən vurulmasından sonra ilk dəfə çərşənbə axşamı Rusiyaya səfər edərək Vladimir Putinlər görüş keçirib.
Görüşdə hər iki ölkə arasında münasibətlərin daha da yaxşılaşdırılmasına qərar verilib.
Tərəflər həmçinin Suriya ilə bağlı da birgə fəaliyyətə də qərar veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button