2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Erdoğan “başqa yerdə” hücum əməliyyatı hazırladığını deyib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, onun ölkəsi bu yaz Ankaranın terrorçu təşkilatlar saydığı qrupların üzərinə yeni hücuma hazırlaşır.

Ankara elə ötən həftə bəyan etmişdi ki, avqust ayında İslam Dövləti adlandırılan təşkilata və kürd silahlı qruplaşmalarına qarşı başladığı “Fərat qalxanı” əməliyyatını başa çatdırır.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin Erdoğan bildirib ki, sərhəd üzərindən Kürdüstan İşçi Partiyası və ya PKK və Suriyada Xalq Müdafiə Birləşmələri – YPG kimi qrupların üzərinə yeni hücum əməliyyatları hazırlanır.

YPG Suriyada İD-ə qarşı mübarizədə Birləşmiş Ştatların əsas müttəfiqidir, lakin Türkiyə YPG-nin də “terrorçu PKK” təşkialtının qolu olduğunu bildirir.

Aprelin 3-də verdiyi bəyanatla Türkiyə prezidenti bildirib ki, “biz terrorçulara qarşı başqa regionlarda hücum hazırlığı görürük”.

O yeni əməliyyatların harada keçirləcəyini dəqiqləşdirməyib.

ABŞ-ın Türkiyə ilə birlikdə İD-in de facto paytaxtı Raqqa üzərinə planlaşdırdığı hücum əməliyyatı Vaşinqtonun kürd YPG qruplaşmasına verdiyi dəstəyə görə baş tutmayıb.

Qərb mediası xəbər verirdi ki, Türkiyə prezidenti Erdoğanla ABŞ dövlət katibi Rex Tillerson arasında martın 29-da Ankarada keçirilən görüşdən bir gün əvvəl Suriyadakı Türkiyə tankları oradan çıxarılmağa başlamışdı.

Ankaranın ABŞ-ı kürd YPG birləşmələrinə dəstək verməmək çağırışına Rex Tillerson konkret münasibət bildirməmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button