2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Erdoğan fransalı siyasətçini məhkəməyə verib

Türkiyə prezidenti Receb Tayyib Erdoğan fransalı siyasətçi Defargesi məhkəməyə verib.

Miliyet.com.tr saytı yazır ki, bu haqda prezidentin vəkili Hüseyin Aydın məlumat verib. Aydın bildirib ki, 4 səhifəlik iddia ərizəsini Ankaranın Baş Prokurorluğuna təqdim edib. İddiada siyasətçi Defargesin canlı yayında Erdoğan haqda işlətdiyi “Gördüyümüz kimi hüquqi yollar tükənib, ya vətəndaş mühabirəsi, ya demək çətin olsa da “Erdoğanın öldürülməsi” hipotezidir” sözlərinə şikayət edilib.

Saytların yığılması Saytlarin yigilmasi

***Buna da bax- Erdogan Rusiyaya gedir​

İddiada Defargesin işlətdiyi sözlərə görə, onun 5237 saylı Türkiyə Cinayət Məcəlləsinin 310-cu maddəsi – “Prezidentə suiqəst və faktiki hücum” üzrə təqsirli bilinməsi istənilir.

İddiada Defargesin həm də psixi durumunun müayinəsi istənilir. Sağlığında bir problem olmasa, onun özəlliklə, PKK və FETÖ kimi hər hansı bir terror təşkilatları ilə bir bağlantısının olub, olmaması, suiqəst əmrini kimlərə verdiyinin araşdırılması, eləcə də əldə olunmuş nəticələrə uyğun olaraq, digər əlaqəli şəxslərin də istintaqa cəlbi tələb olunur.

Ankara Prokurorluğu iddianın araşdırılmasına başlandığını açıqlayıb.

***Buna da bax- Avropa müşahidəçisi Türkiyə referendumunda 2, 5 milyon səsə şübhə ifadə edib

Beynəlxalq Əməkdaşlıq İnstitutunun (İFRİ) siyasətçisi Defarges Türkiyədə keçirilən referendumun nəticələrini müzakirə etmək üçün Fransanın xəbər və iqtisadiyyat kanalı BFM Biznesdə yayınlanan “Dünyada 7 Gün” adlı proqramına qatılıb. O deyib ki, referenduma etiraz etmək üçün hüquqi yollar tükənib, etirazlar isə nəticə verməyəcək. Türkiyədə dalana dirəndiyini iddia edən Defarges “o zaman geriyə ya vətəndaş müharibəsi, ya da söylənmək çətindir amma onun (Erdoğanın) öldürülməsi qalır” deyib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button