2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Erdoğan-ın əks çevrilişi Suriya üsyançılarını zəiflədir

Ermənistanda dünyanın ən böyük yezidi məbədi tikilir; Avropa çalxalanır, Moskva fürsəti əldən vermir – 25 iyul Qərb mediasının icmalı.

 

«The Economist» dərgisi yazır ki, Rusiya və Suriya rejiminin hava zərbələrinə öyrəşmiş Suriya üsyançıları Türkiyə sərhədindən gələn köməyə bel bağlayırdılar. Amma prezident Recep Tayyip Erdoğan çevriliş cəhdini yatırdandan sonra bu ümid də öləziyir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyinə cavabdeh ikinci ordunun komandiri həbsdədir. Eləcə də Suriya sərhədlərindəki bölmələrin komandirlərinin əksəriyyəti həbsə atılıb. Onların içində 100-dən çox general, admiral var. Çevriliş cəhdindən sonra 9 min təhlükəsizlik əməkdaşı saxlanıb.

«Cənab Erdoğan ölkəiçi düşmənlə savaşır, qapıları bağlayır. Bab əl-Hava sərhəd keçid məntəqəsi də vaxtaşırı qapadılır və bununla da Suriyada sünni müxalifətin nəzarətində olan əraziyə gedən əsas təchizat xətti kəsilir. «Getdikcə ölkəyə fokuslanan yanaşma müşahidə edirik. Artıq ordunun Türkiyənin regional gücünü ortaya qoymaq bacarığı sarsılıb», – bir şərhçi belə deyir.

Ankara ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in ekstradisiyasını tələb edir. Yazıda qeyd olunur ki, Türkiyənin Amerikayla münasibətlərinin gərginləşməsi də suriyalı üsyançıları dəstəkləyən xarici alyansda çatlar yaradır. Məsələn, Erdoğan İncirlik hava bazasına gedən elektrik xəttini kəsib və ABŞ-ın İŞİD-ə qarşı bombardman kampaniyasında fasilə yaranıb. Türkiyənin Suriyayla sərhədində üsyançılara qeyri-döyüş yardımı göstərən Amerika şirkətləri də narahat olmağa başlayıblar.

Yazıda qeyd olunur ki, həm ABŞ, həm də Türkiyə Rusiyayla işlək münasibət yaratmağa çalışır, Rusiya da üsyançıların devirmək istədiyi prezident Bashar al-Assad-ın əsas tərəfdarıdır. «Rejimi dəyişməkdən ötrü hər şeyi riskə atdıq. Amma rejimdən başqa hər şey dəyişib», – Azad Suriya Ordusunun sözçüsü belə deyir.

Üsyançılara dəstək azaldıqca, rejimə dəstək güclənməkdədir. Rusiya geri çəkilmək vədi versə də, hava əməliyyatlarına nəzarət edir. İran və «Hizbullah» qruplaşması rejimin quruda tükənmiş əsgərlərini gücləndirir. Türkiyədə çevriliş cəhdindən ikicə gün sonra Suriya hökumətinə bağlı qüvvələr Hələbin şərqinə aparan sonuncu xətti də tutub, bununla da Hələbi tamamilə mühasirəyə alıb. «Cənab Erdoğan, bəs qırmızı xətlərin necə oldu? Görünür, Türkiyənin daha Suriyada uzunmüddətli strategiyası yoxdur», – Türkiyənin Suriyaya darvazası sayılan Qaziantepdə yaşayan bir suriyalı siyasətçi belə deyir.

«Kuba Mere Divane» dünyada ən böyük yezidi məbədi olacaq

«Kuba Mere Divane» dünyada ən böyük yezidi məbədi olacaq

ERMƏNİSTANDA YEZİDİ MƏBƏDİ TİKİLİR

Ermənistanın kiçik bir kəndində nəhəng yezidi məbədi tikilir. Bu məbəd təqibə məruz qalan bu azlığın dirəniş simvolu sayılacaq. «The Guardian» qəzeti xəbər verir ki, məbəd paytaxt Yerevanın 35 kilometrliyində yerləşən Aknaliç kəndində tikilir. Qızıl suyuna çəkilmiş mərkəzi tavan ətrafında yeddi günbəz ucaldılacaq. 25 metr hündürlüyündə olan məbəd Ermənistan qraniti və İran mərmərindən hazırlanacaq. Məbəddə 200 kvadratmetrlik ibadət zalı olacaq.

«Kuba Mere Divane» dünyada ən böyük yezidi məbədinə çevriləcək. Layihəni Moskvada yaşayan yezidi biznesmen Mirza Sloian maliyyələşdirir və gələn il bitirilməsi nəzərdə tutulub.

«Bu məbəd bizə ona görə vacibdir ki, icmamız nəsli kəsilmək təhlükəsiylə üz-üzədir. Bizi yer üzündən didərgin salırlar. Hər yerdə belə məbəd lazımdır ki, uşaqlarımız mədəniyyət və milli mənsubiyyəti qoruyub saxlaya bilsinlər», – «Yazda» qlobal yezidi təşkilatının Böyük Britaniya filialından Ahmed Burjus deyir.

Yezidilərin ən müqəddəs məbədi olan «Laleş» İraqın şimalındakı Mosul şəhərindən 36 mil şimalda yerləşir. Yezidilər ömürlərində bir dəfə həmin məbədə ziyarət etməlidirlər. Aknaliçdəki məbəd «Laleş»i kölgədə qoymayacaq. «Laleş bircə dənədir, başqası ola bilməz», – Yezidi Milli Birliyinin vitse-prezidenti Khdr Hajoian EurasiaNet saytına deyib.

Yezidilər Ermənistanda ən böyük azlıq qrupudur, sayları təxminən 35 min nəfərdir. Daha çox Türkiyənin şərqində və İraqın şimalında yaşayan yezidilər özlərini «72 genosid qurbanı olan xalq» kimi təsvir edirlər, Osmanlı İmperiyası dövründə öldürüldüklərini, ölkədən çıxarıldıqlarını bildirirlər.

2014-cü ildə isə «İslam Dövləti» (İŞİD) qruplaşması İraqın şimalında minlərlə yezidini qətlə yetirib, gənc qızları, qadınları cinsi köləyə çevirib. Onlara zorla İslamı qəbul etdirib, 50 min nəfər dağlara sığınaraq orada mühasirəyə alınıb.

İyunda BMT-nin müstəqil komissiyası bildirib ki, İŞİD İraqın şimalında yezidilərə qarşı soyqırımı törədib.

Vladimir Putin

AVROPA ÇALXALANIR, MOSKVA FÜRSƏTİ ƏLDƏN VERMİR

«Rusiyalılar daim Avropa qitəsində baş verənlərlə dərindən maraqlanıblar. Avropa Rusiyadan ötrü çox önəmlidir, tariximizin son 500 ili məhz Avropayla Rusiyanın münasibətləri əsasında yaranıb». Bunu «Newsweek» dərgisində Maxim Trudolyubov yazır.

Müəllif əsrlərə söykənən bu münasibətlərin indiki təlatümlü dövrün sınağından çıxıb-çıxmayacağı sualına cavab axtarır.

«Avropada son dəhşətli terror hücumlarından sonra Moskva separatçı, antimiqrant, sağçı millətçi partiyaların hakimiyyətə gəlişini gözləyir. Bu qüvvələri Kreml özünə yaxın sayır. Onlar təhlükəsizlik məsələsini qabardır, miqrantları və terrorçuluğu önləməkdən ötrü sərhədləri bağlamaq istəyir».

«Moskva da bu cür hərəkət edir, terrorçuluqla savaşın avtoritar üsullarını avropalılarınkından üstün tutur. Moskva Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsini də AB-nin parçalanmasının, digər çoxtərəfli qurumların zəifləməsinin əlamətləri sayır».

Müəllifin yazdığına görə, Rusiya hesab edir ki, Avropada proqres dayanıb. «Əlbəttə, Kreml düşünmür ki, avropalılar Moskvanın yanına məsləhətə gələcəklər. Amma Britaniya da qərarvermə prosesindən uzaqlaşdığından, Moskva yeni, zəifləmiş Qərbdə Rusiyanın rolunun artacağını gözləyir».

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button