Loading...
Loading...
ÖLKƏSiyasət

Erdoğan NATO sammitindən sonra nələrdən danışıb

Erdoğan Brüsseldə NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaq niyyətində heç bir dəyişiklik yoxdur və bu iş “artıq bitib”.
Reuters agentliyi bildirir ki, bunu prezident Recep Tayyip Erdoğan martın 25-də deyib.
Türkiyə prezidenti əlavə edib ki, Türkiyə üçün yeni F-16 qırıcılarının və ehtiyat dəstlərinin alınması üçün Vaşinqtonla danışıqlar normal axarda davam edir.
Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan S-400 sistemləri almasına görə bu ölkənin hərbi sənayesinə sanksiyalar qoyub və Ankara təkmil F-35 qırıcı təyyarələri proqramından çıxarılıb.
Türkiyə həmin vaxta qədər F-35 təyyarələrinin həm istehsalçısı, həm də alıcısı sayılırdı.
Ankara Türkiyəyə qarşı sanksiyaları ədalətsiz sayır.
Bayden söz verib
Habertürkün məlumatına görə Brüsseldə NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verən Erdoğan deyib ki, o ABŞ-la F-16 təyyarələrinin alınmasına dair danışıqların uğurla nəticələnəcəyinə ümid edir və Vaşinqton danışıqların nəticəsi barədə bu yaxınlarda açıqlama verəcək.
BBC Türkcə yazır ki, Erdoğanın dediyinə görə ABŞ prezidenti Co Bayden ona bu məsələləri şəxsən nəzarətə götürəcəyini deyib.
Erdoğanın sözlərinə görə, Bayden Türkiyə ilə bağlı ABŞ Konqresi ilə müzakirələr aparacağını da vəd edib.
Hazırda ABŞ Konqresində Türkiyəyə və onun rəhbərliyinə münasibət kifayət qədər mənfidir.
Erdoğan habelə ABŞ rəsmilərinin ondan qeyri-rəsmi Rusiyadan aldığı S-400-lərin Ukraynaya verilməsini xahiş etdiklərinə dair xəbərləri təkzib edib.
Türkiyə prezidenti Eurosam Fransa-İtaliya şirkətindən SAMP-T raket müdafiə sistemlərinin alınması məsələsinin prezident Emmanuel Makron və İtaliya baş naziri Mario Dragi ilə danışıldığını deyib.
“Başımıza bunlar gəldi…”
Türkiyənin RusiyaUkrayna arasında vasitəçiliyi məsələsinə toxunan Erdoğan deyib ki, Moskva və Kiyev arasında müzakirə edilən əsas 6 maddə var.
Onun sözlərinə görə Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük və rus dilinə rəsmi status verilməsi kimi məsələlərdə güzəştə hazırdır, amma Krım, Donbas və ərazi bütövlüyü kimi məsələlər daha mürəkkəbdir:
Rusiya 2014-də Krımı işğal etdiyi zaman biz çox açıq və aydın şəkildə bu işğala qarşı çıxmışdıq və mən Putinlə hər görüşümdə bu işğala qarşı olduğumuzu ona demişdim. Amma o vaxt Qərb bu işğalla bağlı bugün olduğu qədər açıq və aydın bir mövqe tutmamışdı. O vaxt bu mövqe ortaya qoyulmadığına görə bugün başımıza bunlar gəldi”.

24 saat” “
Erdoğan NATO sammitindən sonra nələrdən danışıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  'Avropada rublun nəyə oxşadığını bilən yoxdur'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button