2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Erdoğan NATO və Qərbi ‘qətiyyətsizlikdə’ günahlandırır, amma…

Türkiyə prezidenti bidlirib ki, Moskvanın hərəkəti regional sülhə “ağır zərbə” vurub

Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 25-də deyib ki, NATO və Qərbin Rusiyanın Ukraynaya hücumuna reaksiyası qətiyyətli olmayıb.
O ümid etdiyini bildirib ki, NATO sammiti alyansın daha qətiyyətli mövqe tutmasına kömək edəcək.
Reuters agentliyi bildirir ki, Türkiyə Qara dəniz hövzəsində Ukrayna və Rusiya ilə həmsərhəddir və hər iki ölkə ilə yaxşı münasibətlərə malikdir.
Ankara Moskvanı Ukraynaya hücumu dayandırmağa çağırıb və Ukraynanın ərazi bütövlüyünə dəstək bildirib.
Türkiyə niyə bitərəf qalıb?
Prezident İstanbulda cümə namazından sonra jurnalistlərə deyib ki, yalnız “pisləməklə” iş bitmir və NATO daha qətiyyətli addım atmalıdır:
“Aİ və bütün Qərb mentaliteti ciddi və qətiyyətli mövqe nümayiş etdirmir. Onlar elə hey Ukrayna ilə məsləhətləşirlər. Məsləhətlə iş aşmır. Atılan addımlara baxanda görürsən ki, heç addım atılmayıb”.
Qərbin Rusiyaya qoyduğu sanksiyalara rəğmən, Türkiyə belə tədbirlərə qarşı olduğunu bildirir. Türkiyə rəsmiləri baş verənlər barədə danışarkən “müdaxilə” və “pisləmək” kimi sözlərdən qaçır, əvəzində “qeyri-məqbul” sözündən istifadə edirlər.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu fevralın 25-də NTV kanalına deyib ki, Türkiyə Avropa Şurasında Rusiyanın bu qurumdam çıxarılmasına dair səsvermədə “bitərəf” qalıb.
O bunu Türkiyənin dialoq tərəfdarı olması ilə izah edib.
Türkiyə boğazları bağlaya bilməyəcəyini deyib
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 25-də Avropanı Rusiya üzərinə sanksiyaları daha çevik və daha güclü bir şəkildə qoymağa çağırıb.
O Rusiya qoşunlarının paytaxt Kiyev üzərinə yeridiyi bir vaxtda Qərb liderlərini siyasətbazlıqla məşğul olmaqda günahlandırıb.
Ukrayna fevralın 24-də Türkiyədən Aralıq və Qara dənizləri birləşdirən boğazları bağlamağa və Rusiya hərbi gəmilərini Qara dənizə buraxmamağa çağırmışdı.
Türkiyə bildirdmişdi ki, 1936-cı il Montrö razılaşmasına görə belə bir səlahiyyəti olsa da, öz bazasına qayıdan gəmilərin yolunu kəsmək səlahiyyəti yoxdur.
Ankara və Kiyev arasında kommunikasiya davam edir
Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar fevralın 25-də deyib ki, Türkiyə və Ukrayna hökumətləri Ukraynaya ərzaq, dava-dərman və çadırların çatdırılması üçün daim əlaqədirlər.
Bodnar deyib ki, Ukraynanın ehtiyacı olan humanitar yardım siyahısı Türkiyə Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə təqdim olunub.
Fevralın 25-də Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksi Reznikovla telefon söhbətində Ankaranın humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

24 saat” “
Erdoğan NATO və Qərbi ‘qətiyyətsizlikdə’ günahlandırır, amma…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button