2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Erdogandan ermənilərə məktub

“Çox dəyərli erməni vətəndaşlarım,sizləri sevgi, sayqı ilə salamlayıram”.

Türkiyə prezidenti Recep Tayyib Erdoganın Erməni icmasına ünvanladığı məktub bu sözlərlə başlayır.

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 24-də prezidentin sözçüsü İbrahim Kalının mətbuat konfransında bu məktubu oxuyub.

Türkiyənin Anadolu Ajansı 24 aprel 1915-ci il Ermənistanın “soyqırım” adlandırdığı, Türkiyənin isə “köç” kimi tanıdıldığı hadisələrin ildönümü ilə bağlı ermənicə yazılan məktubu dərc edib.

“Birinci Dünya Müharibəsində çətin şərtlər əsasında həyatını itirən osmanlı ermənilərini bu ildə hörmətlə xatırlayır, nəvələrinə baş salığı verirəm. Bölgənin iki qədim cəmiyyəti olaraq, türklər və erminlər min illərdir çiyin-çiyinə yaşadıqları bu ərazilərdə, ortaq bir tarixi və mədəniyyəti paylaşıblar” – məktubda yazılır.

Erdoğan məktubunda özəlliklə qeyd edir ki, ölkəsində ermənilərin hüzuru, güvənliyi və xoşbəxliyi olduqca önəmlidir:

“Tək bir erməni vətəndaşımıza belə sıxışdırılmasını, özünü aşağı hiss etməsinə dözümümüz yoxdur”.

Məktub “I Dünya Müharibəsinində çətin şərtləri altında həyatını itirən milyonlarca osmanlı vətəndaşına rəhmət diləyi” sözləri başa çatır.

Bu məktubu oxuduqdan sonra prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, tarixi saxtalaşdırmaq istəyənlərə imkan vermədən ermənilərlə danışıq apararaq, ortaq acını ortaq yasa çevirməyi hədəfləməyə çalışırlar.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button