2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Erdoğanı tənqid edən ABŞ basketbolçusunu Buxarestdə saxlamışdılar

Reuters xəbər verir ki, ABŞ-da yaşayan türk basketbol ulduzu Enes Kanter, pasportu Türkiyə hökuməti tərəfindən ləğv edildiyinə görə mayın 20-də Buxarest hava limanında saxlanıb və Rumıniya ərazisinə buraxılmayıb.

NBA liqasının Oklahoma City Thunder komandasında oynayan Kanter Pensilvaniyada yaşayan müsəlman vaiz Fethullah Gülenin tərəfdarlarındandır. Türkiyə prezidenti Recep Tayyip Erdoğan keçmiş müttəfiqi və hazırkı rəqibi Gülenin baş tutmamış iyul çevrilişi ilə bağlı ekstradisiyasını tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Kanter Twitter-dən yazıdğı postda bildirir ki, mayın 21-də Nyu Yorkda mətbuat konfransı keçirməyə hazırlaşır.

Kanter deyib ki, onun Buxarestdə saxlanmasına səbəb siyasi mövqeyi olub.

Buxarest polisi bildirib ki, Kanter əslində həbs edilməyib və 5 saat ərzində hava limanının tranzit zolağlında qalıb. Bundan sonra Kanter Londona yola düşə bilib.

ABŞ mediası NBA-dəki mənbələrə istinadən bildirir ki, Kanterin Buxarestdən Londona uçması üçün məsələyə ABŞ Dövlət Departamenti qarışmalı olub.

Basketbolçu Erdoğanın kəskin tənqidçilərindən hesab olunur.

Reuters Kanterə istinadən yazır ki, basketbolçu, atası ondan imtina etdiyini ictimaiyyətə bildirəndən bəri qohumları ilə əlaqə saxlamır.

Atanın məktubu Türkiyənin hökumətyönlü qəzetlərində dərc edilmişdi.

Basketbolçu İndoneziyada xeyriyyə səfərindən qayıdırdı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button